İl Etmiş Yabqu və ya Turs bəy — İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı.
Həyatı Adı ilk dəfə 682-ci ildə Ongi yazılarında çəkilir. Həmin il İltəriş xaqanla birlikdə Doqquz Oğuzlara qarşı aparılmış İnəklər gölü döyüşündə iştirak etmişdi.
Hakimiyyəti 687-ci ildə qardaşı Qapağan xaqan tərəfindən şərq şadı təyin olundu. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Oğlu Bilgə İşbara Tamqan Tarxan tərəfindən ona həsr olunmuş Ongi yazıları ucaldılmışdır.
Ailəsi
Bilgə İşbara Tamqan Tarxan İşbara Tamqan Çor Pan Kültigin Uti bəy
İstinadlar
Kateqoriya:Aşina ailəsi