Rəhim xan II Kalbalı xan oğlu Naxçıvanski (1860 — ?) – görkəmli ictimai-siyasi xadim. Ehsan Xan Kəngərlinin nəvəsi, Kəlbəli xan Naxçıvanski(II)nin oğlu, Hüseyn Xan Naxçıvanskinin qardaşı
Fəaliyyəti
Rəhim xan II Kalbalı xan oğlu Naxçıvanski 17 fevral 1860-cı ildə Naxçıvan qəzasında anadan olmuşdur. O, ilk təhsilini Tiflis real məktəbində almış,1877-ci ildə 18-ci Pereyaslav alayına hərbi xidmətə çağırılmışdır. Rusiya-Osmanlı müharibəsində iştirakına görə 1877-ci ildə unter zabit rütbəsinə yüksəldilmiş, IV dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmiş, 1879-cu ildən 1880-ci ilədək Tiflis piyada yunker məktəbində, 1880-1881-ci illərdə Tiflisdə Qafqaz təlim rota - məktəbində hərbi kurslara qatılmış, 1882-ci ildə kornet rütbəsində xidmət etdiyi alaya qayıtmışdır. 1883-cü ildə ehtiyata buraxılan Rəhim xan 31 il sonra – 1915-ci ildə öz xahişi ilə kornet rütbəsində II Dağıstan atlı alayında qulluq etmək üçün yenidən hərbi xidmətə çağırılmışdır.1 O, sovet hakimiyyəti illərində öz dədə-baba yurdundan sürgün edilmişdir.
Naxçıvanskilər
İstinadlar
Həmçinin bax
Naxçıvanskilər Ehsan Xan Naxçıvanski Kəlbəli Xan Naxçıvanski Hüseyn Xan Naxçıvanski Cəmşid Naxçıvanski
Kateqoriya:Naxçıvanskilər Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Naxçıvanda vəfat edənlər