Sarata (; keçmişdə – Qura-Kuruder) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Sarata rayonunun inzibati mərkəzi.

Etimologiya Sarata () adı eyniadlı bir çaydan törəyir. Əvvəllər qəsəbənin adı Qura-Kuruder idi. Bu qəsəbə tatarlar tərəfindən qurulmuşdur.

Coğrafiyası Qəsəbə şurasının ərazisinin ümumi sahəsi 2187 hektardır, qəsəbənin ərazisinin ümumi sahəsi isə 1132 hektardır.

İnfastruktur Qəsəbədə 1,022 fərdi ev və 2,193 mənzil var. Kənd ərazisində regional əhəmiyyətli büdcə təşkilatları var. Qəsəbədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi də fəaliyyət göstərir.

Turizm Sarata köhnə alman müstəmləkəçilərin yaxınları tərəfindən ziyarət edilir. Almaniyadan gələn turistlər keçmiş alman müstəmləkəçilər tərəfindən tikilmiş tikililər – ibadət evi, kirxalar və başqa memarlıq abidələrini ziyarət edirlər.

Əhali Qəsəbədə qırx səkkiz millətin nümayəndələri yaşayır. Qəsəbə əhalisinin 58%-i ukrayın, 32%-i rus, 4%-i bolqar, 3%-i isə digər millətlərin nümayəndələrindən ibarətdir.

Təhsil Saratada iki məktəb – ibtidai siniflər üçün məktəb (1-5 siniflər) və orta məktəb (5-11 siniflər) var.

Tanınmış sakinləri Saşa Qrossman (1907–1976) — Çexoslovakiya yazıçısı, trombonçu.

İstinadlar

Kateqoriya:Odessa vilayətindəki şəhər tipli qəsəbələr