Devils-Tauer- ABŞ da milli təbiət abidəsidir.
Haqqında thumb|left|Vayominq milli parkının xəritə sxemi Devils-TauerБорисов В. А., Белоусова Л. С., Винокуров А. А. Охраняемые природные территории мира. Национальные парки, заповедники, резерваты: Справочник. — М.: Агропромиздат, 1985. — 310 с. — 17 000 экз. Bell-Furş çayının yatağında Vayominq ştatında yerləşir. Özündə hündürlüyü dəniz səviyyəsindən 1558 m (çay yatağında isə 386 m) olan vulkan monolitindən ibarətdir, öz hündürlüyü isə 265 m-dir. ABŞ-də qeydə alınan birinci milli abidə hesab olunur. Öz statusunu 1906-ci ildə 24 sentyabrda prezident Teodor Ruzveltdən almışdır.
Quruluşu thumb|left|Bell-Furş çayı yatağında səthə çıxmış qırmızı süxurlar Bu abidə yerin daxilindən püskürmüş maqmanın yer səthində donub yaratdığı relyef forması kimi nəzərə çarpır. Abidəni təşkil edən süxurların yaşı təqribən 225 milyon ildən 195 milyona ilə qədər ölçülür. Qarışan nümunələr tünd qırmızı rəngə çalır.Шварцбах М. Уникальные скалы и скалистые горы: 2. Башня дьявола (Вайоминг) // Великие памятники природы: известные места геологических исследований = Schwarzbach M. Berühmte Stätten geologischer Forschung. – Stuttgart: Wissenschaftliche Verlagsgesellschaft, 1970 / Сокр. пер. с нем. Г. И. Денисовой. — М.: Мир, 1973. — С. 19–23. — 336 с.
Kino aləmində Bu dağ Stiven Spilberqin "Üçüncü dərəcənin yaxın əlaqələri" (1977) filmində əsas rola malikdir. Belə ki, burada yadplanetlilərlə əlaqə məhz bu dağda baş verir. Filmin əsas qəhrəmanı bu dağın oxşarını öz evində hazırlayır. Bu dağ həmçinin 2011-ci ildə Qreq Mottolu "Çins" kinosunda da istifadə edilib.
Həmçinin bax ABŞ milli parklarının siyahısı
İstinadlar
Kateqoriya:2004-cü ildə yaradılmış qoruq əraziləri Kateqoriya:ABŞ milli parkları Kateqoriya:Müqəddəs dağlar