Korsikanın fəthi () — 1553-cü ildə fransız və Osmanlı qüvvələrinə dəstək olan korsikalıların Genuya respublikasının tərkibində olan Korsika adasının bir hissəsini, Osmanlı qüvvələri adadan ayrıldıqdan sonra isə bütün adanın fransızların əlinə keçməsi ilə nəticələnən hadisə.Naval Policy and Strategy in the Mediterranean: Past, Present, and Future, John B. Hattendorf, p. 17
Arxa planı 1551-ci ildə Müqəddəs Roma İmperatoru V Karl və Fransanın Kralı II Henrinin mübarizəsi iki dövlət arasında müharibəyə gətirib çıxardı. Atası I Fransiskin Osmanlı Sultanı Süleyman Qanuni ilə ittifaıqna əsasən Aralıq dənizindəki Müqəddəs Roma Cermen İmperiyasının fəaliyyətlərinə qarşı Osmanlı İmperiyasından yardım istədi. 1553-cü il 1 fevral tarixində iki ölkə arasında dənizdəki fəaliyyətlərlə bağlı yeni bir müqavilə imzalandı. Bir il əvvəl 1552-ci il avqustun 5-də Fransanın Osmanlıdakı elçisi Qabriel de Luetzin də müşayiət etdiyi Osmanlı donanması Andrea Dorianın rəhbərlik etdiyi Ceneviz donanması arasında Preveze dəniz döyüşü həyata keçimişdir və bu döyüşdə Osmanlı qüvvələri qalib gəlmişdir.
Fəthi 1553-cü ilin yazında Memar Sinan və Turqut Rəisin tabesində olan Osmanlı donanması Antoan Eskalin dez Amarın komandirliyi altında olan fransız donanması ilə birlikdə Napoli, Siciliya və Korsika sahillərinə hücum etdi.History of the Ottoman Empire and Modern Turkey, Ezel Kural Shaw, p. 106 New Turkes: Dramatizing Islam and the Ottomans in Early Modern England, Matthew Dimmock, p. 49 Parmadakı Marşal Paul de Termesin başçılıq etdiyi fransız ordusu və Sampiro Korsonun əmrində olan korsikalı miqrantların dəstəyi ilə Fransa kralının göstərişi olmadan Korsika adasına doğru yola düşən müttəfiqlər 24 avqust 1553-cü ildə Bastiya limanını ələ keçirdilər. Yazın sonuna doğru fransızlar tam olaraq adanı işğal etdilər.
Fəthdən sonra fransız qüvvələrinin əksəriyyəti adanı tərk edərək Marsellə getdi; təxminən 5000 fransız əsgəri adanı tərk etmişdi. Adanı onlara kömək edən korsikalılara təslim etdilər.
Qalereya
Həmçinin bax Preveze Dəniz döyüşü
İstinadlar
Mənbə Braudel, Fernand (1995). The Mediterranean and the Mediterranean World in the Age of Philip I. II. cilt. University of California Press. ss. 928. ISBN 0520203305.
Kateqoriya:1553-cü ildəki hadisələr Kateqoriya:XVI əsrin müharibələri Kateqoriya:Fransanın müharibələri