Sarvan Qarakişi oğlu Salmanov () — inşaatçı, Sosialist Əməyi Qəhrəmanı (1971), Azərbaycanın fəxri energetiki.

Sarvan Qarakişi oğlu Salmanov 1927-ci il dekabr ayının 21-də İsmayıllı rayonunun Zoğallıq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Mingəçevir SES-da başlamış və burada müxtəlif vəzifələrdə çalışmışdır. İnşaatçı, Sosialist Əməyi Qəhrəmanı (1971), SİKP-nın üzvü (1951), SSRİ-nin və Azərbaycanın fəxri energetikidir. SİKP-nın 24-cü qurultayının nümayəndəsi olaraq 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir. Azərbaycanın Xalq şairi Səməd Vurğunun "Muğan" poemasında Sarvan Salmanovun obrazı yaradılmışdır.Sarvan Salmanov // Azərbaycan Sovet Ensiklopediyası [Mətn]: 10 cilddə.- Bakı.- 1984.- VIII cild.- S. 274 1973-cü ildə Azərbaycantelefilm studiyası tərəfindən Nazim Rzayevin ssenari müəllifliyi və rejissorluğu ilə Sarvan Salmanovun həyat və fəaliyyətinə həsr olunmuş "Muğan qəhrəmanı" adlı qısametrajlı sənədli televiziya filmi təqdim edilmişdir.

Sarvan Salmanov 2003-cü ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan energetikləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri