Kavaratti — Hindistanda ada və şəhər, Lakşadvip ərazisinin inzibati mərkəzi.

Coğrafiya Kavaratti Lakkadiv adaları rayonunda yerləşir. Sahəsi – . Adanın ən yüksək nöqtəsinin hündürlüyü – . Ada Kerala ştatının sahilindən uzaqlıqdadır.

Kavarattiyə ən yaxın yer əhalisi olmayan Pitti adacığıdır və Kavarittinin şimalında yerləşir. Adaya ən yaxın yaşayış məntəqəsi Aqatti və Suheli-Par adalarıdır. Aqatti adanın şimal-qərbində, Suheli-Par isə cənub-qərbində yerləşir.

Kavarattiyə Hindistanın kontinental ərazisindəki ən yaxın şəhər Koçindir və adadan uzaqdır. Adada sahəsi olan bir laqun var.

Əhali 2014-cü ildə keçirilən Hindistan əhali siyahıyaalmasına əsasən adanın 11,473 nəfərlik bir əhalisi var. Əhalinin 55%-i kişilərdən, 45%-i isə qadınlardan ibarətdir. Onların demək olar ki, hamısı müsəlmandır. Ada əhalisinin əksəriyyəti malayalam, Maldiv və ingilis dillərində danışır.

İqtisadiyyat Kavarattidə bir liman var, lakin iqtisadiyyatda əsas pay, bütün Lakşadvipdə olduğu kimi, turizmə düşür. Yaz aylarında temperatur 32 dərəcədən yuxarı qalxmır. Adada ətraf mühit problemlərinin olmaması turistləri cəlb edir.

Nəqliyyat Kavarattiyə ən yaxın daxili hava limanı Aqatti adasında yerləşir. Adaya ən yaxın beynəlxalq hava limanı Koçin Beynəlxalq Hava Limanıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Lakdaşvip Kateqoriya:Hindistan adaları Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Ərəbistan dənizi adaları