"Dekameron" () — Covanni Bokkaççonun eyniadlı əsəri əsasında 1971-ci ildə rejissor Pyer Paolo Pazolininin çəkdiyi film. Janrına görə poetik-fəlsəfi retro komediyadır. Rejissorun "Həyat trilogiyası"na daxil olan birinci filmdir. Həmin trilogiyaya həmçinin "Kenterberi hekayələri" (1972) və "Min bir gecənin gülü" (1974) filmləri də daxildir.

Məzmun Film bir-birilə heç bir bağlılığı olmayan yeddi novelladan ibarətdir. Filmdə parlaq, istehzalı və komik əhvalatlarla dərin səmimiyyət doğuran, fəlsəfi-lirik epizodlar birləşir. Birinci misala tacir Andreuçço və monastırdakı bağban haqqında əhvalatı, ikinciyə isə zadəgan qadınla nökərin sevgisi və ölən adamın öz dostunun yanına gəlməsini aid etmək olar. Burada Bokaççonun əsərinin uğurlu təqdimatı ilə yanaşı, orta əsrlər İtaliyasının məişəti və adətlərini də görmək mümkündür.

Filmdəki kəndli, sənətkar və rahibə obrazları olduqca koloritli və realdır. Rejissor Pyer Paolo Pazolini özü burada təxəyyül məhsulu olan, kilsədə işləməyə gəlmiş rəssam Cotto rolunu ifa edir. Ədəbi nümunədə belə bir qəhrəman olmasa da, əsərdə onun yaradıcılığı haqqında məlumat verilir.

Pazolininin "Dekameron"u elə Bokaççonun "Dekameron"u kimidir. Bu əsər insanpərvərlik himni, insanın tərənnümü və onun həyatının incə, hərtərəfli təsviri deməkdir.

Filmdə istifadə olunmuş novellaların siyahısı: Birinci gün; Birinci novella İkinci gün; Beşinci novella Üçüncü gün; Birinci novella Dördüncü gün; Beşinci novella Beşinci gün; Dördüncü novella Altıncı gün; Beşinci novella Yeddinci gün; İkinci novella Yeddinci gün; Onuncu novella Doqquzuncu gün; Onuncu novella

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi: Covanni Bokkaçço Ssenari müəllifi: Pyer Paolo Pazolini Rejissor: Pyer Paolo Pazolini Operator: Tonino Delli Kolli Rəssam: Dante Ferretti Bəstəkar: Ennio Morrikone Geyim rəssamı: Danilo Donati Prodüser: Alberto Qrimaldi

Rollarda Franko Çitti — Çappelletto Ninetto Davoli — Andruçço Yovan Yovanoviç — Rustiko Angela Lüçe — Peronella Pyer Paolo Pazolini — Cotto Silvana Manqano — Madonna Vinçenso Kristo Qabriella Frankel Vinçenso Amato Qvido Alberti

Mükafatlar Film Berlin Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtaliya filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:İspanca filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:İtaliyanın dram filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:Erotik komediya filmləri Kateqoriya:Pyer Paolo Pazolininin filmləri Kateqoriya:1971-ci ilin filmləri Kateqoriya:LGBT mövzulu Almaniya filmləri Kateqoriya:LGBT mövzulu Fransa filmləri Kateqoriya:LGBT mövzulu İtaliya filmləri Kateqoriya:Fransa haqqında filmlər Kateqoriya:İtaliya haqqında filmlər Kateqoriya:Karlar haqqında filmlər Kateqoriya:Romada çəkilmiş filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:Xristianlıq Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Aldatma haqqında filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Komediya-dram filmləri Kateqoriya:United Artists filmləri Kateqoriya:Antologiya filmlər Kateqoriya:Dekameron Kateqoriya:Fahişəlik haqqında filmlər Kateqoriya:Fantastika filmləri Kateqoriya:Fransada çəkilən filmlər Kateqoriya:İncəsənət haqqında filmlər Kateqoriya:Orta əsrlər haqqında filmlər Kateqoriya:Tarixi filmlər Kateqoriya:XIV əsr haqqında tarixi filmlər