— 2012-ci ildən Sanko Harukavanın rəssamlıği ilə Kafka Asaqiri tərəfindən yazılan manqa seriyası. Manqa seriyası Liman mafiyası və Gildiya kimi cinayətkar qruplaşmalarla mübarizə aparan, fövqəltəbii güclərə malik olan Silahlı Detektiv Agentliyindən bəhs edir. Manqa seriyası 4 dekabr 2012-ci ildən Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunur və indiyə qədər 28 cildi buraxılmışdır. 2014-cü ildən isə ranobe adaptasiyası nəşr olunur. Manqa seriyası Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır.
Bones studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2016-ci ilin aprelindən dekabrına kimi yayımlanmış və 24 seriya davam etmişdir. Üçüncü mövsümü anons edilmişdir. "Bungo Stray Dogs: Dead Apple" adlı anime filmi 3 mart 2018-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
Məzmun Hadisələr Yaponiyanın Yokohama şəhərində xüsusi güclərə malik olan şəxslər ətrafında cərəyan edir. Bu "bacarıqlılar" güclərindən müxtəlif məqsədlər üçün istifadə edirlər. Hekayənin mərkəzində bacarıqlılar tərəfindən qurulmuş, cinayətlə mübarizə aparan Silahlı Detektiv Agentliyi və cinayətkar bacarıqlılardan təşkil olunmuş Liman mafiyası dayanır. Silahlı Detektiv Agentliyi və Liman mafiyası arasındakı mübarizədən bəhs edilir.
Manqadakı bir çox personaj məşhur yazıçıların şərəfinə adlandırılmışdır: Rünoske Akutaqava, Osamu Dazai, Atsuşi Nakacima, Fyodor Dostoyevski, Ranpo Edoqava, Kenji Miyazava, Doppo Kunikida, Akiko Yosano və s.
Personajlar Silahlı Detektiv Agentliyi
Atsuşi Nakacimanın şərəfinə adlandırılıb. Əsas protaqonistdir, 18 yaşı var. adlı gücə malikdir. Bu güc sayəsində ağ pələngə çevrilə bilir, çox güclü və çevik olur, lakin gücünü tam kontrol edə bilmir. Uşaq vaxtı yetim olduğundan Agentliyə qoşulduğu ilk günlərdə özünü yararsız hesab edirdi.
Osamu Dazainin şərəfinə adlandırılıb. Atsuşini Agentliyə cəlb edən şəxsdir. Qadınlara qarşı marağı var. Qayğısız şəxsiyyətə malik Dazai tez-tez intihara cəhd edir, lakin həmişə biri tərəfindən xilas edilir. Onun gücü sayəsində bir toxunuşla istənilən gücü ləğv edə bilir. Əvvəllər Liman mafiyasının əsas üzvü olsa da, dostu Sakunosukenun ölümündən sonra Agentliyə qatılmışdır.
Doppo Kunikidanın şərəfinə adlandırılıb. Dazainin partneridir, Dazainin məsuliyyətsiz və qayğısız hərəkətləri həmişə onu əsəbləşdirir. Keçmiş riyaziyyat müəllimi Kunikida idealist, intizamlıdır, həmişə plan tutur. Gücü, dəftərinə adını yazdığı cismi mövcud hala gətirə bilir.
Cuniçiro Tanizakinın şərəfinə adlandırılıb. Atsuşi ilə eyni yaşdadır. Gücü adlanır, müəyyən ərazidə illüziyaya səbəb ola bilir. Bacısını çox sevir.
Ranpo Edoqavanın şərəfinə adlandırılıb. Agentlikdəki ən bacarıqlı və əsas detektivdir. Öz gücünü adlandırır, lakin əslində gücü yoxdur, sadəcə çox ağıllı və müşahidəçidir.
Kenci Miyazavanın şərəfinə adlandırılıb. Kənd yerindən gəlib, qayğısız və optimistdir. Gücü adlanır, ac olanda qeyri-insani fiziki gücə malik olur.
Akiko Yosanonun şərəfinə adlandırılıb. Agentliyin əsas həkimidir. Gücü adlanır, özünü və digərlərini sürətlə sağalda bilir, lakin gücü ancaq ağır yaralanmalarda işə düşür, buna görə də özü xəstələri ağır yaralamağa məcbur olur. Buna görə də Agentliyin digər üzvləri ondan çəkinir.
Yukiçi Fukuzavanın şərəfinə adlandırılıb. Agentliyin prezidentidir. Gücü adlanır, agentliyin üzvlərinin gücləri üzərində nəzarət edə bilir.
Kyoka İzuminin şərəfinə adlandırılıb. Liman mafiyasının üzvü olan yetim qızdır, lakin Atsuşinin cəhdləri ilə Agentliyə qoşulur. Gücü adlanır, gücü sayəsində Demon qarı adlı qılınclı kabus çağıra bilir, lakin kabus ancaq mobil telefondan gələn əmrləri yerinə yetirir. Liman mafiyasında olarkən 35 nəfəri öldürmüşdür.
Agentliyin işçisidir.
Cuniçironun bacısıdır. Gücü yoxdur.
Liman mafiyası
Ryunosuke Akutaqavanın şərəfinə adlandırılıb. adlı gücə malikdir, qara paltosu güclü bədheybətə çevrilə bilir. Dazainin keçmiş tələbəsi olub, özünü ona qarşı sübut etməyə çalışır.
Çuya Nakaharanın şərəfinə adlandırılıb. Dazainin keçmiş partneridir. Gücü adlanır, ona qravitasiyanı idarə etməyə imkan verir. Qısaboyludur və Dazai tərəfindən bunun üzünə vurulmasından nifrət edir.
İçiyo Hiquçinin şərəfinə adlandırılıb. Akutaqavanın köməkçisidir və ona heyranlıq duyur. Gücü yoxdur, amma yaxşı döyüşə bilir.
Motociro Kaciinin şərəfinə adlandırılıb. Mafiyanın bombaçısıdır. Gücü adlanır, hazırladığı limon formalı bombalardan zərər görməsinin qarşısını alır.
Ryuurou Hirotsunun şərəfinə adlandırılıb. Mafiyanın Qara kərtənkələ adlı komandasının lideridir. İşində peşəkardır, qeyri-peşəkar davranışları sevmir.
Miçizo Taçiharanın şərəfinə adlandırılıb. Qara kərtənkələnin komandirlərindən biridir.
Qara kərtənkələnin komandirlərindən biridir. Kişi görünsə də, əslində Ryunosuke Akutaqavanın bacısıdır.
Oqay Morinin şərəfinə adlandırılıb. Liman mafiyasının lideridir. Mafiya lideri olsa da, alicənab və sakitdir. Keçmiş həkimdir. adlı gücə malikdir.
Oqay Morinin baxdığı kiçik qızdır.
Ozaki Koyonun şərəfinə adlandırılıb. adlı gücə malikdir. Gücü Kyokonunkinə çox bənzəyir. Kyokonun xətrini çox istəyir və onun xoşbəxt olmasını arzulayır.
Sakunosuke Odanın şərəfinə adlandırılıb. Liman mafiyasının aşağı rütbəli üzvü, Anqo və Dazainin dostudur. gücü sayəsində hadisəni 5-6 saniyə öncəsindən hiss edə bilir. Adı "Odasaku" kimi qısaldılır. Əslində mafiyadan ayrılıb, yazıçı olmaq istəyir. Lakin qayğısına qaldığı uşaqların bir terrorçu tərəfindən öldürülməsindən və qisasını həyatı bahasına alması buna mane olur. Onun ölümü Dazainin mafiyadan ayrılmasına ilham vermişdir.
Yumeno Kyusakunun şərəfinə adlandırılıb. Bəzən "Q" kimi də tanınır. adlı gücü ilə başqalarının zehinlərini kontrol edə bilir.
Gildiya
Frensis Skott Fitsceraldın şərəfinə adlandırılıb. Gildiyanın lideridir. Gücü "Böyük Fitscerald" adlanır. Bu güc sayəsində nə qədər çox pul xərcləyirsə, bir o qədər çox güclü olur. Əsl məqsədi ölmüş qızını diriltməkdir.
Lusi Mod Montqomerinin şərəfinə adlandırılıb. Gildiyanın üzvüdür. Atsuşi kimi o da balaca ikən travmalar keçirib. Buna görə psixopat şəxsiyyətə malikdir və gildiyadan asılıdır. Onun gücü "Sütün qırmızısının Annası" adlanır. Bu güc sayəsində başqa reallıqda otaq yarada və insanları orada həbs edə bilir. Gildiya düşəndə Silahlı Detektiv Agentliyinə kömək edir.
Marqaret Mitçellin şərəfinə adlandırılıb. Nataniel Hotorn ilə partnerdir. Gücü "Küləklə getmiş" adlanır, istənilən obyekti küləklə parçalaya bilir.
Nataniel Hotornun şərəfinə adlandırılıb. Marqaret Mitçelin partneridir. Rahibdir, yanında həmişə Bibliya daşıyır, günahkarları cəzalandırdığını düşünür. Gücü "Qırmızı hərf" adlanır. Bu güc sayəsində qanı silah kimi istifadə edə və kontrol edə bilər.
Con Steynbekin şərəfinə adlandırılıb. Lavkraftın partneridir. Steynbek Şimali Amerikalı bir fermer ailəsindən gəlir, nisbətən yolagedəndir. Gildiyaya ailəsinə maddi yardım etmək üçün qoşulub. Sakit olmasına baxmayaraq, ailəsi üçün hər şeyi edə bilər. Gücü "Qəzəb salxımları" adlanır, boynuna əkdiyi bitkini kontrol edə bilir.
Hovard Fillips Lavkraftın şərəfinə adlandırılıb. Con Steynbekin şərəfinə adlandırılıb. Çox qəribə şəxsiyyətə malikdir. Gücü "Böyük qədimlər" adlanır, gücü yeganə gücdür ki, Dazai deaktiv edə bilmir. Gücü tam həddinə çatanda nəhəng bədheybətə çevrilir. Fitsceraldın məğlubiyyətindən sonra müqaviləsinin başa çatdığını bildirərək dənizə qayıdır.
Mark Tvenin şərəfinə adlanır. "Heklberri Finn & Tom Soyer" adlı gücə malikdir, (Risae Matsuda) və (Satsumi Matsuda) adlı iki köməkçi verir. Hek və Tom sayəsində snayper kimi xidmət verir.
Luiza Mey Alkottun şərəfinə adlandırılıb. "Qiçik qadınlar" adlı gücə malikdir, şəxsi otağında fikirləşərkən vaxtı yavaşlada bilir, buna görə taktikaçı kimi xidmət verir. Çox utancaqdır.
German Melvillin şərəfinə adlandırılıb. Gildiyanın üzvüdür və gücü "Mobi Dik" adlanır, bunun sayəsində nəhəng balina formasında hava gəmisi çağıra bilir. Keçmişdə gildiyanın lideri olub.
Edqar Allan Ponun şərəfinə adlandırılıb. "Morq küçəsindəki qara pişik" adlı gücə malikdir. Güc sayəsində istənilən şəxsi oxuduğu romana daxil edə bilər. Karl adlı yenot saxlayır.
Digər
Anqo Sakaquçinin şərəfinə adlandırılıb. Hökumət işçisidir. Bir müddət Liman mafiyasında işləsə də, əslində hökumət üçün casusluq edirdi. Liman mafiyasının əmri ilə Mimikdə də casusluq edirdi. Dazai və Odanın dostudur.
Andre Jidin şərəfinə adlandırılıb. Avropada Mimik adı ilə tanınan təşkilatın lideridir. Sakunosuke kimi onun gücü "Darvazada əziyyət" sayəsində gələcəkdəki hadisələri bir neçə saniyə öncəsindən görə bilir. Ölkəsi tərəfindən xəyanət görən Jid möhtəşəm ölüm istəyir. Nəhayət Oda onu öldürür.
Fyodor Dostoyevskinin şərəfinə adlandırılıb. Ölülər Evindəki Siçanların lideridir. Gücü "Cinayət və cəza" adlanır.
Aya Kodanın şərəfinə adlandırılıb.
Kunikida Dopponun "Qeyri-adi adi insan" əsərindəki baş qəhrəmanın şərəfinə adlandırılıb.
Tatsuhiko Şibusavanın şərəfinə adlandırılıb.
Media Manqa Kafka Asaqiri və Sanqo Harukava manqanı 2012-ci ildən Kadokawa Shoten nəşriyyatının "Young Ace" jurnalında nəşr etdirirlər. 2026-ci ilə kimi 28 cildi buraxılmışdır. Şimali Amerikada Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.
Cild siyahısı
Ranobe Kafka Asaqiri və Sayaqo Harukava manqa əsasında ranobe adaptasiyası hazırlamışdırlar. Onlar Yukito Ayatsuci və Natsuhiko Kyoqokudan bəhs edən spin-off da yazmışdırlar. Ranobe Kadokawa Shoten tərəfindən nəşr olunmuşdur.
8 iyul 2018-ci ildə Anime Expo tədbirində Yen Press ranobeni lisenziyalaşdırmışdır.
Anime Bones studiyası tərəfindən Takuya İqaraşinin rejissorluğu və Yoci Enokidonun ssenaristliyi ilə anime adaptasiyası istehsal olunmuşdur. Nobuhiro Aray və Hiroşu Kanno animasiya rejissorları olmuşdurlar. Kanno Ryo Hirata ilə personaj dizayneri olmuşdur. Taku İvasaki bəstəkar olmuşdur. Yumiko Kando art-direktor, Yukari Koto rəng rejissoru, Şiqeru Nişiyama montajçı olmuşdur. Açılış mahnısı Granrodeo tərəfindən ifa olunan "Trash Candy", bağlanış mahnısı Luck Life tərəfindən ifa olunan mahnısı olmuşdur.
Serial iki hissəyə bölünmüşdür. İlk 12 seriya 7 aprel 2016-cı ildən 23 iyun 2016-cı ilə kimi yayımlanmışdır. İkinci hissə isə 6 oktyabr 2016-cı ildən 22 dekabr 2016-cı ilə kimi yayımlanmışdır. Anime Crunchyroll tərəfindən lisenziyalaşdırılmışdır. İkinci hissənin açılış mahnısı Screen Mode tərəfindən ifa olunan "Living Reason" mahnısı, bağlanış mahnısı isə Luck Life tərəfindən ifa olunan mahnısı olmuşdur.
21 iyul 2018-ci ildə anime serialının 3-cü mövsümü anons edilmişdir.
31 avqust 2017-ci ildə manqanın 13-cü cildi ilə birlikdə OVA seriyası buraxılmışdır.
Anime Şimali Amerikada Crunchyroll tərəfindən, Böyük Britaniyada Anime Limited tərəfindən lisenziyalaşdırılmışdır.
19 fevral 2017-ci ildə Mayo(w)i Inu-tachi no Utage Sono Ni tədbirində anime filmi anons edilmişdir. "Bungo Stray Dogs: Dead Apple" adlı anime filmi 3 mart 2018-ci ildə ekranlaşdırılmışdır. Seyyular və istehsalçı heyət dəyişməmişdir.
Seriya siyahısı № Orijinal başlıqOrijinal yaponca başlıq Orijinal yayım tarixi
Oyun iOS və Android platformaları üçün "Bungo Stray Dogs Mayoi Inu Kaikitan" adlı videooyun buraxılacaq. Oyun anime serialında görünməyən personajlar üçün nəzərdə tutulub.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kadokawa Corporation-da
Kateqoriya:2012-ci ilin manqaları Kateqoriya:2014-cü ilin Yaponiya romanları Kateqoriya:Ranobelər Kateqoriya:2016-cı ilin anime serialları Kateqoriya:Seynen manqaları Kateqoriya:Fövqəltəbii anime və manqaları Kateqoriya:Döyüş anime və manqaları Kateqoriya:Müəmma anime və manqaları Kateqoriya:Kadokawa Shoten manqaları Kateqoriya:Kadokawa Dwango franşizləri Kateqoriya:Yen Press komiks başlıqları Kateqoriya:Bones Kateqoriya:Crunchyroll animeləri Kateqoriya:Tokyo Metropolitan Television verilişləri Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Uydurmada super güclər Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Şonen manqaları