Vasili İvanoviç Surikov (; 24 yanvar 1848, Krasnoyarsk — 19 mart 1916, Moskva) — rus rəssamı, tarix rəssamlığının görkəmli nümayəndəsi.

Həyatı Vasili Surikov 1848-ci ildə Krasnoyarsk şəhərində kazak ailəsində anadan olmuşdur.

1869-1875-ci illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Təhsil illərində tarixi boyakarlığa müraciət etmiş, akademik incəsənətin şərtiliklərindən uzaqlaşmağa səy göstərmişdir. ("Knyaz məhkəməsi", 1874, Tretyakov qalereyası, Moskva). 1877-ci ildən Moskvada yaşamışdır. Müntəzəm surətdə Sibirə səfərə çıxmışdır, Donda (1893), Volqada (1901-1903), Krımda (1913) olmuşdur. 1883-1884-cü illərdə Almaniya, Fransa, Avstriya, 1897-ci ildə İsveçrə, 1900-cü ildə İtaliya, 1910-cu ildə İspaniyaya səyahət etmişdir. Peredvijniklər cəmiyyətinin və Rus Rəssamları İttifaqının üzvü olmuşdur. Surikov özünün ən məşhur əsərləri olan "Strelets edamının səhəri" (1881), "Menşikov Beryozovoda" (1883), "Boyar arvadı Morozova" (1887; hamısı Tretyakov qalereyasındadır) adlı monumental-tarixi tablolarını çəkir. alt=|left|thumb|271x271px|«Suvorovun Alp dağlarından keçməsi»

Rəssam, əsas iştirakçısı xalq kütləsi olan bu əsərlərdə xalqın gücünü göstərir, qüvvətli xarakterlər yaradır. Surikov novator tipli kompozisiyalarında insan kütləsinin hərəkəti, duyğuların mürəkkəb qamması, hadisələrin dərin daxili mənasını ifadə edir, rənglərin dolğun ahəngkarlığına nail olur, rəng və faktura vasitəsilə obrazın psixoloji xarakteristikasını gücləndirir.

1888-ci ildə arvadı öldükdən sonra Surikov dərin sarsıntı keçirmiş, bir müddət rəssamlıqdan əl çəkmişdir. 1889-1880-cı illərdə Sibirə səfərdən sonra yaratdığı "Qar şəhərciyinin alınması" (1891, Rus muzeyi, Sankt-Peterburq) tablosunda Surikov şən, sağlam və cəsur xalq kütləsinin obrazını ön plana çəkmişdir. 1895-ci ildə çəkdiyi «Suvorovun Alp dağlarından keçməsi» tablosu tarix rəssamlığının görkəmli nümunələrindəndir. İrtica illərində demokratik ənənələrə sadiq qalan Surikov "Stepan Razin" (1903) tablosunu çəkmiş, Puqaçova həsr olunmuş tablo üçün eskiz və rəsm yaratmışdır.

Vasili Surikov 19 mart 1916-cə ildə Moskva şəhərində vəfat etmişdir.

Moskva Rəssamlıq Institutuna Surikovun adı verilmiş, Krasnoyarskda ev-muzeyi açılmış və abidəsi (1954, tunc və qranitdən) qoyulmuşdurКеменов В.С., Историческая живопись Сурикова. 1870-1880-е гг., М., 1963..

Əsərləri

Ədəbiyyat

М. М. Алленов. «Василий Суриков» Суриков В. И. Альбом. Вступ. ст. Н. Г. Машковцева. М.: 1960 Суриков В. И. Альбом. Вступ. ст. Д. Сарабьянова. М.: 1963 Суриков В. И. Письма. Воспоминания о художнике. Л.: 1977 Г. Васильева-Шляпина «Сибирские красавицы В. Сурикова. Портрет в творчестве художника»// «Иван Федоров». Санкт-Петербург. 2002 В. Ануфриева «Отрада суриковская».//«Сибирские промыслы». Красноярск. 2007 Аференко В. А. «Суриков в Сухобузимском»//г. Железногорск, 1999 Кеменов В. С. «Историческая живопись Сурикова. 1870—1880-е гг.» М.: 1963 Машковцев Н. Г. «В. И. Суриков» М.: 1994 Евдокимов И. В. Суриков, 1933. — 164 с. (Жизнь замечательных людей) Шанин В. Я. «Суриков, или Трилогия страданий», 2010. Лазарев С. Е. Образ Степана Разина в изобразительном искусстве // Преподавание истории в школе. 2016. № 8. С. 29-34. М.П. Чебодаева Хакасия в творчестве художника В.И. Сурикова.—Санкт-Петербург, 2011. —90 С.

Xarici keçidlər

Суриков, Василий Иванович «Я Суриков, русский казак…» Все картины и биография Василия Ивановича Сурикова Максимилиан Волошин. Суриков (Материалы для биографии) Шанин В. Я. «Суриков, или Трилогия страданий». Красноярск, 2010. Сайт о Василии Сурикове Фрагмент фильма «Василий Суриков» режиссёра Анатолия Рыбакова, Мосфильм, 1959 г. Картина В. И. Сурикова «Вид памятника Петру I на Сенатской площади Петербурге» Василий Суриков. Картины и биография Роман А. Д. Демкина о В. И. Сурикове «Ненаписанный дневник». — СПб.,2013 (лонг-лист Русский Букер-2013)

İstinadlar

Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Krasnoyarskda doğulanlar Kateqoriya:XIX əsr Rusiya rəssamları