Sultan Əhməd türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Sultan Əhməd məscidinə aid türbə.
Haqqında
Fateh rayonu, Sultanəhməd meydanında yerləşən Sultan Əhməd məscidinin cənub-şərqində yerləşən Sultan Əhməd türbəsi 1619-cu ildə inşa edilmişdir. Türbənin arxasında darülkurra yerləşir. 14-cü Osmanlı sultanı olan Sultan Əhməd 1617-ci ildə vəfat etdiyi zaman külliyənin həyətində dəfn edilmiş, I Mustafanın səltənəti illərində türbənin inşası başlamışdır. 1619-cu ildə inşası tamamlanan türbə kvadrat planlı olub, tamamilə mərmərdən inşa edilmişdir.
Türbənin daxilində dəfn olunanlar aşağıdakılardır:
Sultan Əhməd Validə Kösəm Sultan Sultan Osman Sultan Murad Sultan Əhmədin oğlu Şahzadə Mehmed Sultan Əhmədin oğlu Şahzadə Bəyazid Sultan Əhmədin oğlu Şahzadə Süleyman Sultan Əhmədin oğlu Şahzadə Səlim Sultan Əhmədin qızı Gövhər Sultan Sultan Əhmədin qızı Ayşə Sultan Sultan Əhmədin qızı Fatma Sultan Sultan Muradın qızı Safiyə Sultan Sultan Muradın qızı Ruqiyə Sultan
Mənbə
http://www.tas-istanbul.com/portfolio-view/sultanahmet-sultan-i-ahmet-turbesi/
Kateqoriya:Osmanlı türbələri