Rza Şahvələd — Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərmiş azərbaycanlı jurnalist.
Həyatı və təhsili Rza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tiflisdə anadan olub. Bakıda iki illik seminariyanı bitiribNizami Məmmədzadə, Mahmud Kamaloğlu "Gürcüstanın azərbaycanlı jurnalistləri" Tiflis 2015.
Fəaliyyəti Bakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib. Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakıya köçən R. Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib.
Rza Şahvələd hekayələri və pyesləri ilə də oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o vaxtlar Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb. Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.
Ölümü Rza Şahvələd 1984-cü ildə Bakıda vəfat edib.
İstinadlar
Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan jurnalistləri