Foks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. Yarımada Foks körfəzini Hudzon boğazından ayırır. Onun qərb qutaracağında olan Kuiun burnunda inuitlərə aid Keyp-Dorset kəndi vardır. Qərb sahillərində yerləşən İnuksuk Point inuksuklarla məşhurdur. Onların sayı yüzə çatır.
Yarımadanın uzunluğu 241 km, eni isə 80–161 km arasında dəyişir.
Yarımada ingilis araşdırmaçısı Lyuk Foksın şərəfinə adlandırılmışdır.
Araşdırılması Yarımadanın ilk araşdırılması 1631-ci ildə Lyuk Foks tərəfindən gerçəkləşdirilmişdir. Belə düşünülür ki, o "Çarlz" gəmisində 1631-ci ilin sentyabrında Dorçester burnuna qədər irəliləmişdir. Foks Liss yarımadası boyunca bir çox coğrafi obyektlərə ad qoymuşdur: Dorset, Kinq-Çarlz, Kuin və Dorçester burunları. Ancaq onun adlandırdığı coğrafi obyektlərin dəqiq koosdinatları bəlli deyildir. Onun adlandırdığı ehtimal edilən bu obyeklərin bugünkü yerləri Foksun təsvirini ilə üsrt-üstə düşmür.
Yarımadanın bəzi sahələri Donald Bakster Makmillan tərəfindən araşdırılmışdır. O, 1921–1922-ci illərdə Skuner buxtasında qışlamışdır. 1927-ci ildıəə isə yarımadfanın şimalında Corc Putnam olmuşdur. İnteryeri isə Cozef Soper tərəfinddən 1928 və 1929-cu illərdə araşdırılmışdır. 1928–1929-cu illərdə Soper Keyp-Dorsetdə yaşamışdır. Yarımadanın kartoqrafiya işləri 1956–1957-ci illərdə başa çatmışdırStewart, R. A. Mapping the Foxe Peninsula from Aerial Electronic Control. Photogrammetric Engineering, vol. 26, bur. 1, mart 1960, s. 119..
İstinadlar
Kateqoriya:Kanada yarımadaları Kateqoriya:Nunavut coğrafiyası