Akvamen () — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir. Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir.
Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir.Aquaman vol. 7 #1 (November 2011) DC Comics
Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir. Bundan sonra personaj müxtəlif animasiya məhsullarında görünmüş, o cümlədən 2000-ci illərdə çıxarılmış “Limitsiz Ədalət Liqası”, “Betmen: Cəur və sərt” və “DC Kainatı Orijinal Animasiya Filmləri”ndə mühüm rol oynamışdır. “Smollvill” serialında Akvamen rolu aktyor Alan Riçson, DC Genişləndirilmiş Kainatına daxilolan “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” və “Ədalət Liqası” filmlərində isə aktyor Ceyson Mamoa tərəfindən canlandırılmışdır. 2018-ci ildə çıxarılan və personaja həsr edilmiş ilk solo film olan “Akvamen” filmində Mamoa rolunu təkrarlamışdır.
Uydurma personaj həyatı
Qızıl dövrü 210px|thumb|left|Akvamenin "Brave and the Bold" I cild #28 (mart, 1960) nəşrinin üz qabığında Ədalət Liqası üzvləri ilə birlikdə təsviri onun komiks kitablarının üz qabığnda ilk təsviridir. Rəssam. Mayk Sekovski, Mörfi Anderson, Cek Adler. Akvamenin ilk mənşə hekayəsi personajın debüt etdiyi More Fun Comics #73 (noyabr 1941) nəşrində onun özünün dilindən fleşbek kimi verilmişdir:
Qızıl dövrünə təsadüf edən erkən görünmələrində Akvamen su altında nəfəs ala və sualtı canlıları idarə edə bilir. İlkin olaraq o, sualtı canlılarla onların dilində danışır və bu ünsiyyət yalnız onlar bir-birini eşidəçək qədər yaxın (18 m) olduqda baş tutur. Akvamenin macəraları bütün yer kürəsi ərazisində baş verir, lakin, o özü qəzaya düşərək suya batmış kiçik balıqçı qayığında yaşayır.
İkinci Dünya müharibəsi dövrünə təsadüf edən macəralarında onun düşmənləri Nasist sualtı gəmilərinin komandirləri və Berlin-Roma-Tokio oxu caniləridir. 1940-1950-ci illərdə yayımlanmış digər macəralarında o müxtəlif su cinayətkarları, o cümlədən Qara Cek kimi müasir quldurlar, həmçinin su həyatı üçün təhlükə yaradan ticarət gəmiləri və dənizçilərə qarşı mübarizə aparır.More Fun Comics #84 (October 1942). DC Comics
Akvamenin sonuncu dəfə göründüyü "More Fun Comics” nəşri #107 saylı buraxılış olmuş, bundan sonra, Superboy və Yaşıl oxçu kimi o da 1946-cı ildə çıxarılmış #103 saylı buraxılış ilə “Adventure Comics” nəşrinə keçirilmişdir.
Gümüş dövrü
1940-cı illərin sonu və 1950-ci illərdə Akvamenin macəraları “Adventure Comics” seriyasında yayımlanmışdır və personaj 1950-ci illərdə nəşri davam etdirilən azsaylı superqəhrəmanlardan biri olmuşdur. 1950-ci illərin sonlarından başlayaraq Akvamenin mənşə hekayəsinə yeni elementlər əlavə edilmiş, müxtəlif ikinci plan personajları artırılmış, həmçinin personajın mənşəyi, gücləri və şəxsiyyətini təkmilləşdirən dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən birincisi Adventure Comics #229 (oktyabr 1956) nəşrində yayımlanmış "Aquaman's Undersea Partner" () hekayəsində edilmiş, bu zaman köməkçisi osminoq Topo təqdim edilmişdir. Bu və digər dəyişikliklər 1960-cı illərdə DC multikainatının yaradılmasından sonra Dünya-1 Akvameninə aid edilmişdir.
Gümüş dövrü Akvameni ilk dəfə “Adventure Comics” #260 (may 1959) nəşrində debüt etmişdir. Həmin nəşr və ondan sonrakı Gümüş dövrü nəşrlərinə görə Akvamen, mayak gözətçisi Tom Karri və sualtı şəhər Atlantidanın sakini, dalğanın sahilə çıxardığı Atlannanın oğludur və adı Artur Karridir. Mənşəyinə görə, Akvamen kiçik yaşlarında superinsan güclərinə malik olmasını, sualtında qala, dənizlə əlaqə saxlaya bildiyini və çox sürətlə üzmə qabiliyyətinə malik olduğunu öyrənir. Artur istedad və bacarıqlarını Dünya okeanlarını qorumaq üçün istifadə etməyə qərar verir. Sonradan məlum olur ki, gənclik illərində o, Akvaboy adı ilə macəralar yaşamış və Superboyla qarşılaşmışdır.Superboy #171 (January 1971). DC Comics Böyüdükdən sonra isə Artur özünü Akvamen adlandırmışdır.
Sonradan məlum olur ki, Atlannanın ölümündən sonra Arturun atası Tom Karri adi insan xanımla evlənmiş və həmin xanım dünyaya Arturun Orm Karri adlı qardaşını gətirmişdir. Orm qardaşı Arturun kölgəsində böyümüş çətin xarakterli uşaq olmuş və Artur tez-tez onu qanunla yaşadığı problemlərdən xilas etmişdir. Orm həm heç bir vaxt qardaşı kimi güclü ola bilməyəcəyini başa düşdüyünə, həm də atalarının həmişə Arturu daha çox sevdiyinə inandığına görə ona nifrət edir. Amneziyaya tutulduqdan sonra Orm yoxa çıxır və uzun illər sonra Akvamenin düşməni Okean ustadı adı ilə meydana çıxır.Aquaman #29 (October 1966). DC Comics
Akvamenin dəniz canlıları ilə ünsiyyət saxlamaq bacarığı inkişaf etdirilərək uzaq məsafədən dəniz canlıları ilə telepatik əlaqə səviyyəsinə çatdırılmışdır. Supermenin kriptonitə və ya Yaşıl Fənərin sarı rəngə olan həssaslığı kimi, Akvamenin də zəifliyi su ilə bağlıdır; belə ki, o, hər saatda bir dəfə su ilə əlaqədə olmasa ölə bilər. Bundan əvvəlki hekayələrdə isə Akvamen həm suda, həm də quruda istədiyi qədər qala bilirdi.Adventure Comics #256 (January 1959). DC Comics
Tərəfdaşları və düşmənləri 220px|thumb|right|Akvamenin iki əsas düşməni Okean ustadı (arxada) və Qara Manta (öndə). Rəssam Alon Çou. Amerikanın Ədalət Liqası komiks seriyasına daxil edilən Akvamen dəstənin ilk macərasında görünməkləThe Brave and the Bold #28 (March 1960). DC Comics, həm də onun təməl üzvlərindən biri olmuşdur.Justice League of America #9 (February 1962). DC Comics Superqəhrəman dəstəsinin 1960-cı illərdə yayımlanmış bir çox macəralarında Akvamen də iştirak etmişdir.
Yeni macəraları nəşr edildikcə Akvamenin tərəfdaşları və düşmənlərinin də sayı artmağa başlayır, tezliklə yetim qalmış atlantidalı olan və Akvamenin öz yanına götürərək tərbiyələndirdiyi Akvaled təqdim edilir.Adventure Comics #269 (February 1960). DC Comics Daha sonra Akvamen suya batmış uydurma Yeni Venesiya şəhərini kəşf edirAdventure Comics #264 (September 1959). DC Comics, bu şəhər həmin dövrdə Akvamenin əməliyyat bazasına çevrilir.World's Finest Comics #263 (July 1980), DC Comics
Varisi olmayan sonuncu kralın ölümündən sonra Kraliça Atlannanın oğlu olan Akvamenin kral olmasına səs verilir.Aquaman #18 (December 1964) Həmin dövrdə Akvamen sualtı ölkələrdən birinin kraliçası olan Mera ilə tanış olurAquaman #11 (September 1963) və kral elan edildikdən sonra onunla evlənir. Bir müddət sonra onların Artur (kiçik) adlı (ləqəbi Akvabeybi) oğlu doğulur.Aquaman #23 (October 1965). DC Comics
1960-cı illərin seriyalarında Akvamenin Okean ustadı (Arturun amneziyadan əziyyət çəkən qardaşı Orm)Aquaman #29 (September 1966), Qara MantaAquaman #35 (September 1967). DC Comics, FişermenNick Cardy (p)"The Fearful Freak from Atlantis" Aquaman #21 (May–June 1965), ZibilyığanAquaman #37 (January 1968), DC Comics kimi düşmənləri və OGREAquaman #26 July (1976). DC Comics adlı terror təşkilatı təqdim edilir. Həmin dövrdə təqdim edilən xırda personajlar arasında QuispAquaman #1 (January/February 1962). DC Comics, atlantidalı alim və Akvamenin sadiq məsləhətçisi Doktor VulkoThe Brave and the Bold #73 (August/September 1967). DC Comics və atlantidalı şahzadə, Akvaledin sevgi marağı Tula (Akvagörl kimi tanınır)Aquaman Vol. 1 #33 (May/June 1967). DC Comics yer alır.
Dövrün sonları
1980-ci illərin ortalarında şəxsi süjet xəttinin tamamlanmasından sonra Akvamen, Amerikanın Ədalət Liqasının lideri olmuşdur. “Justice League of America” #228–230 hekayə xəttində marslıların yerə hücumundan sonra Liqanın əsas üzvləri yoxa çıxır. Buna görə də Akvamen Yerin müdafiə edilməsinə var-gücünü sərf etməyə məcbur olur, Bunun üçün o, “Justice League of America Annual” #2 (1984) Amerikanın Ədalət Liqasını tamamilə buraxaraq yeni qanunlarla yenidən təşkil edir; bu qanunlara görə Liqa üzvləri var gücləri ilə çalşmağa məcbur olurlar.
Ədalət Liqasının veteran üzvləri Marslı ovçu, Zatanna və Uzanan adamın köməkliyi ilə Akvamen Liqanın yeni və təcrübəsiz üzvləri Cipsi, Vayb, Viksen və Komandir Stili məşq elətdirir. Amerikanın Ədalət Liqasının kosmik peykdə yerləşən qərargahı basqın zamanı dağıdıldığına görə, Detroyt, Miçiqanda yerləşən yeraltı bunkerdə yeni qərargah təşkil edilir. Akvamenin Ədalət Liqasının bu yeni variantında iştirakına “Justice League ended” #243 (oktyabr 1985) nəşrində Mera ilə evlənməsindən sonra son qoyulur.
Müasir dövr
1985-ci ildə çıxarılmış “Sonsuz dünyalarda böhran” mini-seriyasından sonra 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində 1986-cı ildə Nil Poznerin müəllifliyi ilə çıxarılmış və personajın tünd mavi rəngli yeni kostyumda təsvir edildiyi dörd cildlik Aquaman (fevral-may, 1986) nəşrindən başlayaraq bir neçə kiçik seriya yayımlanmışdır. Seriya yaxşı qarşılanmış və iş müddətində uzadılmasına qərar verilsə də, yaradıcılıq problemlərinə görə dayandırılmışdır. Seriyada Akvamenin mənşə hekayəsi də genişləndirilərək onun yarım-qardaşı Okean ustadı ilə əlaqələrinə xüsusi yer ayırılmış və onun mənşəyi daha detallı təsvir edilmişdir. Seriya həm də Akvamenin mifologiyasına mistika əlavə edərək Okean ustadını cadugər kimi göstərmişdir. Akvamenin tünd mavi kostyumu “Aquaman Special” #1 (1988) nəşrində yenidən istifadə edilmişdir.
1988-ci ildə “Invasion!” hekayə xəttində Dum Patrul dəstəsi ilə çıxış edən Akvamen, yenidən narıncı-yaşıl rəngli klassik kostyumunda görünmüşdür.
Mənşə hekayəsinin dəyişdirilməsi 190px|thumb|left|Aquaman vol. 2, #1 (fevral 1986) nəşrinin üz qabığında Akvamen tünd mavi komuflaj kostyumla. Rəssam Kreyq Hemilton. 1989-cu ildə çıxarılmış “Legend of Aquaman Special” (rəsmi olaraq Aquaman Special #1 adlanır, ikici xüsusi buraxılışda növbəti ilin hadisələrindən bəhs edilir) nəşri ilə Akvamenin mif və mənşəyi dəyişdirilmiş, bu zaman Gümüş dövrü hekayələrinin əksər detalları toxunulmaz saxlanmışdır. Robert Loren Fleinq tərəfindən yazılmış xüsusi buraxılış Keyt Gifen və Kurt Svonun rəsmləri ilə müşayiət olunmuşdur.
Bu müasir mənşə hekayəsinə görə, Orin adı ilə Atlantidanın Poseydonis şəhərində doğulmuş Akvamen Kraliça Atlanna və sirli cadugər Atlanın oğludur. Atlantidalıların “Kordaksın işarəsi” kimi qəbul etdikləri sarı rəngli saçlarına görə, Akvamen uşaq ikən Mersi qayalığında (dəniz səviyyəsindən aşağıda yerləşən bu ərazi atlantidalılar üçün təhlükəli hesab edilir) tərk edilmişdir. Orinin tərəfinə duran yeganə şəxs alim olan və buna görə də miflərə qarşı çıxan Vulko olur. Sonradan Vulko gənc Orinin yaxın dostu və məsləhətçisinə çevrilir.