Norman Ozborn () — Marvel Comics tərəfindən nəşr edilmiş, ABŞ komikslərində görünən uydurma supercinayətkar. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış; ilk dəfə Yaşıl qoblinin orijinal və ən yaxşı bilinən təcəssümü kimi "The Amazing Spider Man" komiksinin 14-cü sayında (iyul 1964) peyda olmuşdur.

Amoral sənaye şirkəti Oscorpun rəhbəri olan Norman ekspremental maddə qəbul edir; həmin maddə onun fiziki və zehni gücünü artırsa da, onda ruhi pozğunluğa səbəb olur. Hörümçək-adamın baş düşməni olan Ozborn superqəhrəman müəyyənləşdirən hekayənin bir hissəsi, eləcə də Herri Ozborn, Qabriel və Sara Steysinin atası, Normi Ozbornun babası, Qven Steysinin qatilidir. Əsas hədəfinin Hörümçək-adam olmasına baxmayaraq, o, Marvel kainatında digər superqəhrəmanlar ilə tez-tez münaqişəyə girir.

Qoblin kimi, o, Hellovin tərzində olan görünüşünü qəbul edir: qoblin kostyumu geyinir, yarasa şəklində olan "Qoblin planeri" sürür, yüksək texnikalı silahlardan, əl qumbarası kimi "Balqabaq bombaları"-ndan istifadə edərək, Nyu-Yorkda iğtişaşlar törədirdi. Ozborn bəzən Doktor Osminoq və Misterio kimi supercinayətkarlarla, bəzən isə Məşum altılıq və Qara qisasçılar kimi komandalarla müttəfiqlik qurur, bu münasibətlər tez-tez qarşısıalınmaz münaqişələrə səbəb olan məqsədlərinə görə pozulur. Son illərdə Ozborn, Dəmir patriot obrazında yeni qəhrəman statusu qazanmışdır.

Personaj müxtəlif cinayətkar siyahılarında yer alıb. Ozborn, Hörümçək-adamın ən böyük düşmənlərindən və bütün zamanların ən böyük komiks cinayətkarlarından biridir. Personajın populyarlığı müxtəlif marçendayz məhsullarında istifadə edilməsi, real-dünya strukturlarından ilhamlanması (park attraksionları kimi), bir sıra mediada istinad edilməsində görünür. Ozborn, Hörümçək-adamın düşməni olaraq canlı-ekşn, animasiya və video-oyun uyğunlaşdırmalarında istifadə edilmişdir. Personajı Uillem Defo 2002-ci ilin istehsalı "Hörümçək-adam" filmində, Kris Kuper isə 2014-cü ilin istehsalı "Heyranedici Hörümçək-adam 2" filmində canlandırıb. Neyl Ross, Alan Reçins, Stiven Blum, Stiven Uber və Coş Kiton, 1981, 1994, 2008, 2012 və 2017-ci illərdə Hörümçək-adam animasiyasında Ozbornu səsləndiriblər.

Digər versiyaları

thumb|200px|left|Yaşıl qoblin Hobqoblinə qarşı. "The Amazing Spider-Man" #312.

Marvel Comics nəşrlərinin bir sıra alternativ kainatları, yazıçılara Ozborn üzərində dəyişikliklər tətbiq etməyə imkan verir; personajın mənşəyi, davranışı və əxlaqı ümumi qəbul edilənlərdən fərqlənir. Marvel 2099, Qoblini Hörümçək-adamın (Miqel O'Hara) meqakorporasiya ödəməsində olduğunu sübut etmək istəyən radikal hiyləgər kimi təsvir edir. Onun yarasa şəkilli planeri və "hiyləgər" çantası XX əsrin versiyasına bənzəyir. O, həmçinin illüziyaları layihələndirmək qabiliyyətinə malikdir. "Earth X"-də Ozbornun biznes müəssisələri bütünlüklə Birləşmiş Ştatlara götürülmüşdür. Vətəndaşlar onun biznesində işləyir, mağazalarında alış-veriş edir, onun sayəsinə pul əldə edirdilər. O, Qisasçıların ölümünə görə məsuliyyət daşıyır. İndi isə superzəkalı Udan-adamla döyüşə girməlidir.

Digər mediada

Norman Ozborn komikslərdə, cizgi filmlərdə, romanlarda, filmlərdə, videooyunlarda, rəngləmə kitablarında, siyahılarda, qeydlərdə və uşaq kitablarında peyda olmuşdur. Televiziya ilk dəfə ABC kanalında yayımlanan "Hörümçək-adam" (1967–1970) animasiya serialında görünmüşdür. Supercinayətkarı ehtiva edən digər animasiya serialları arasında "Hörümçək-adam" (1981–1982), "Hörümçək-adam və onun heyranedici dostları" (1981–1983), Hörümçək-adam" (1994–1998), "Limitsiz Hörümçək-adam" (1999–2000), "Hörümçək-adam: Yeni animasiya serialı" (2003), "Valehedici Hörümçək-adam" (2008–2009), Mükəmməl Hörümçək-adam (2012–2017), "Marvel disk müharibələri: Qisasçılar" (2014–2015), və Hörümçək-adam (2017–indiyədək) var.

Komikslərə əlavə olaraq Ozborn, romanlarda, uşaq kitablarında, həmçinin 1977-ci ilin yanvarında debüt etmiş, nüsxələri Sten Li tərəfindən yazılan, Con Romita tərəfindən isə illüstrasiya edilən "The Amazing Spider-Man" komiks stripində də görünmüşdür. Ozborn oyunlar, oyuncaqlar, stolüstü oyunlar və xatirəliklər kimi müxtəlif media məhsullarına adaptasiya edilmiş, həmçinin 15-dən çox oyun platformasında bir çox kompüter və video-oyunlarda əsas personaj kimi görünmüşdür.

Norman, Sem Reymi tərəfindən ekranlaşdırılan və Uillem Defo tərəfindən canlandırılan film trilogiyasında görünmüşdür. O, trilogiyanın ilk filmində Hörümçək-adamın əsas antoqisti, daha sonra isə "Hörümçək-adam 2" (2004) və "Hörümçək-adam 3" (2007) filmlərində qarabasma kimi çıxış etmişdir. 2012-ci ildə Mark Uebb tərəfindən ekranlaşdırılan "Heyranedici Hörümçək-adam" filmi Norman Ozborna xeyli istinad vermişdir. Personaj ilk filmin sikveli "Heyranedici Hörümçək-adam 2" filmində Kris Kuper tərəfindən ifa edilmişdir.

Ozborn, 1987-ci ildə Şi stadionunda "Hörümçək-adamın toyu"-nu canlı şəkildə adaptasiya edən personajlardan biri idi. Norman Brodvey musiqisində və 14 noyabr 2010-cu ildə Brodveyin Foksvud teatrında ön izləməyə qoyulmuş, 14 iyun 2011-ci ildə isə rəsmi tamaşası baş tutmuş "Spider Man: Turn of the Dark" tamaşasında əsas antoqonist kimi görünmüşdür.Lustig, Jay. "Spider-Man: Turn off the Dark" . New Jersey On-Line. January 18, 2011. Retrieved January 25, 2011.Gans, Andrew. "Reeve Carney, Jennifer Damiano, Patrick Page to Star in Spider-Man; Performances Begin in November" . Playbill.com, August 10, 2010 O, həmçinin 2014 "Marvel Universe Live" səhnə şousunda da peyda olmuşdur.

İstinadlar

Kateqoriya:Marvel Comics Kateqoriya:Nevroloji və ya psixoloji problemi olan personajlar Kateqoriya:Uydurma adam oğruları Kateqoriya:Uydurma kütləvi qatillər Kateqoriya:Hörümçək-adam personajları Kateqoriya:Uydurmada tibbi təcrübələr Kateqoriya:Uydurma mühəndislər Kateqoriya:Q.A.L.X.A.N. casusları Kateqoriya:Tez sağala bilən Marvel Comics personajları Kateqoriya:Uydurma ixtiraçılar Kateqoriya:Nyu-Yorkdan olan uydurma personajlar