Ağayar Əbdüləzim oğlu Axundzadə () — 1992-ci ildən SSRİ-nin əməkdar məşqçisi, 1995-ci ildə Tərəqqi, 2002-ci ildə Şöhrət ordenləri təlfif olunmuşdur.2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü.
Həyatı Ağayar Axundzadə 1957-ci il noyabr ayının 5-də Bakı şəhəri Zabrat qəsəbəsində anadan olub. 1964-cü ildə 75 saylı orta məktəbə getmişdir. 1972-ci ildə Biləcəri qəsəbəsində Azərbaycan Respublikasının əməkdar məşqçisi Sabir Məmmədovun başçılığı altında sərbəst güləş bölməsində məşğul olmuşdur.1973-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi Tərlan Həsənovun başcılığıaltında sambo və cüdo bölməsində məşq etmişdir. Dəfələrlə ağır çəkidə cüdo üzrə Azərbaycan Respublikasının, "Lokomotiv"in mərkəzi Şurasının qalibi olmuş, 1977-ci ildə Gənclərin Ümumittifaq Oyunlarında V yeri tutmuş, 1979-cu ildə SSRİ Xalqlarının V Spartakiadasının iştirakçısı olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası daxil olmuşdur. 1980-ci ildən Respublika Olimpiaya Ehtiyatları idman məktəbində cüdo üzrə məşqçi müəllim işləyir.1996-cı ildə cüdo idman ba. məşqiçisi kimi XXVI, 2000-ci ildə XXVII, 2004-cü ildə XXVIII Yay olimpiya oyunlarında iştirak etmişdir.Asif Hüseynli Zabrat və Zabratlılar Bakı, 2007 s.376
Mükafatları 1976-cı ildə SSRİ idman ustası normasını yerinə yetirmişdir. 1989-cu ildə Azərbaycan SSRİ-nin əməkdar məşqçisi. 1990-cə ildə SSRİ Dövlət bədən tərbiyəsi və idman əlaçısı medalını. 1992-ci ildə SSRİ-nin əməkdar məşqçisi adlarına layiq görülmüşdür. 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Tərəqqi 2002-ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur. 2006-cı il dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidentinin Fərdi təqaüdünə layiq görülmüşdür.
Yetirmələri Elçin İsmayılov 5 dəfə avropa cempionu Mövlud Mirəliyev dünya çempionatının bürünc mükafatçısı, Afina Olimpia oyunlarında fəxri 5-ci yerə Pekin olimpia oyunlarının bürünc mükafatçısı Rəsul Səlimov Dünya çempionatının bürünc mükafatçısı Elxan Rəcəbli Dünya çempionatının bürünc mükafatçısı Nazim Hüseynov Barselona olimpiya oyunlarının qızıl mükafatçısı Elnur Məmmədli Pekin olimpia oyunlarının qızıl medalçısı
Həmçinin bax Ayxan Mamayev Firdovsi Fərzəliyev
Xarici keçidlər AĞAYAR AXUNDZADƏ: ƏVVƏLKİ YAY OLİMPİYA OYUNLARINDA DA KOMANDAMIZ YAXŞI ÇIXIŞ ETMİŞDİR Ağayar Axundzadə: "Federasiyanın bu təşəbbüsü bölgələrdə əsl bayrama çevrilib" — VİDEO Ağayar Axundzadə: "İlk dəfədir, yarışlar belə yüksək səviyyədə keçirilir"
İstinadlar
Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Azərbaycan SSR əməkdar məşqçiləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri