Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir. XVII–XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilmişdir. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Hal-hazırda Azərbaycan Respublikasında milli at cinsidir. "Atçılıq haqqında" Azərbaycan Respublikasının 27 fevral 2007-ci il tarixli, 1555-IIIQ nömrəli Qanunu. e-qanun.az Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olmuşdur. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılmışdır. Bu cinsdən olan atlar Şimali Qafqaza, Dona və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılmışdır. Hazırda "Ərəb", "Don", "Budyonnı" kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atı yüksək qaçış sürəti ilə seçilir. Rekord sürət Ağdam Atçılıq Zavodunda yetişdirilən "Sumqanda" adlı at tərəfindən 1600 metr məsafəni 1 dəqiqə 54 saniyəyə (50.52 km/saat), 2400 metr məsafəni isə 2 dəqiqə 52 saniyəyə (50.24 km/saat) qaçmaqla qeydə alınıb. Bu dünya rekordundan (70.76 km/saat) təqribən 20 km/saat azdır. Atın adi yerişi saatda 8 kilometrdən çoxdur.
Xarakterik xüsusiyyətləri Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atlarını Qafqazda mövcud olan digər cinslərlə calaq edərmişlər. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. right|thumb|180px|İngiltərədə dizaynerlər tərəfindən hazırlanan Ağdamın "Qarabağ" futbol klubunun loqotipində "Qarabağ"ın simvolu olan Qarabağ atları təsvir olunub . Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən "Ceyran" tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri "Maymun" (Xoşbəxt), "Qarnıyırtıq" və "Əlyetməz" (Ceyran) adlı ayğırlar nəsli olub. "Ceyran" tipinin boz rəngli qisminə "Gülgün" deyərmişlər. XIX əsrin ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan "Təkə-Ceyran atı" yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur. Qarabağ atının xarakterik nişanları – ayaqlarında müxtəlif dərəcədə səkil (ağlıq), alnının isə təpəl olmasıdırКарабаxскиe скакуны "Sərdar", "Sultan", "Şah", "Ağalar", "Divar", "Meymun" və s. ayğırlardan keçmişdə "Atlı qvardiya alayının nümunəvi zabit atı" kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir. Hərbçi B. A. Çudovski 1914-cü ildə yazırdı:
"Bizim hərbi dəstələrimiz Zaqafqaziyada olduğu zaman bütün ordu alaylarında zabitlərdə çoxlu Qarabağ atları var idi. Bu atlar bütün Zaqafqaziya yürüşlərində, habelə İran və Türkiyə sərhədləri boyu yürüşlərdə çox yaxşı davam gətirirdilər. Qarabağ atı yerli şərait üçün çox qiymətlidir. İsti havada minicinin altında az tərləyir, halbuki, yanaşı gedən Kabardin atı tamamilə tər içində olur".
Qarabağ atının tarixi Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir. Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış Midiya, Adərbayqan (Atropatena) və Albaniyada da atçılıq geniş yayılmışdı. Midiyada atçılıq daha yaxşı inkişaf etmişdi. Tarixçi Herodot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənub-qərbində) yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilmişdir. Bir çox tədqiqatlardan, tarixi ədəbiyyatlardan, müxtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda Azərbaycanda mövcud olmuş atlardan, əsas etibarilə, Nesey atlarından götürmüşdür. Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılmış və inkişaf etmişdir ki, onlardan biri Türkmən xalqının yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olmuşdur. Bir çox sovet tədqiqatçıları Qarabağ atının mənşəyi ilə bağlı fərqli fikirlər bildirmişdirlər. Məsələn, professor İ. İ. Kaluqin Qarabağ atının mənşəyini Ərəb atı hesab etməklə ona Axaltəkə və İran atlarının təsir göstərdiyini qeyd edir.
Qədim dövrlərdə, eləcə də, XIX və XX əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində xüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Yerli atlar miqdarca çox və keyfiyyətcə yaxşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaxşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalmışlar. Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəblər tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın Ərəbistana aparılması qeyd olunur.
"Qarabağ atçılığına bir baxış" məqaləsindənK. A. Diterixs. "Qarabağ atçılığına bir baxış". "Konnozavodstvo" jurnalı, 1866. Qarabağ atlarını öyrənmiş polkovnik K. A. Diterixsin Rusiya Dövlət Atçılıq zavodları Birliyi müdriyyətinin xahişi ilə yazmış olduğu və 1866-cı ildə "Konnozavodstvo" jurnalında çap edilmiş "Qarabağ atçılığına bir baxış" məqaləsini orta əsrlərdə və XIX əsrdə Qarabağ cinsinin vəziyyəti barədə yazılmış ilk elmi məqalə hesab olunur. K. A. Diterixs Qarabağı Ön Asiyanın bir hissəsi və elmdə atın təbii vətəni hesab edilən bir diyar olmasını göstərərək, Qarabağ atlarının təşəkkül tapmasını və cins kimi formalaşmasını burada yaşayan insanların yalnız maddi-təsərrüfat ehtiyacları ilə deyil, əsrlərdən bəri onların həyat tərzi, mədəniyyəti və milli adət-ənənələrindən irəli gələn amillərlə sıx bağlı olduğunu vurğulayır.К. Дитeриxc. Взгляд на конeводство Карабаxa. – Журнал "Конeводство", 1806, ? 3, с. 5–7 Diterixs Qarabağ atlarının əsasını "xan sarılar köhləni" və "sarılar" adlanan atların təşkil etdiyini göstərərək qeyd edir ki, həmin atlar ilk növbədə Şuşa qəzası olmaqla, bu diyarda Şərq atlarının bütün növlərinin son minillikdəki törəmələrini təmsil etməklə yanaşı, digər qan qarışıqlarına yol verilmədən geniş yayılmışdı.[ Карабаxская порода лошадeй] right|thumb|250px|Şuşanın gerbində yaşıl sahədə çapan qızıl Qarabağ atı (1843-cü il)Milli heraldikamızın inkişafı dövlətin vahid siyasətinin əsas istiqamətlərindən biridir. azerbaijan-news.az O, Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və geniş yayılmasında Qarabağın Xan zavodlarının rolunu qeyd edərək o zaman təkcə Şuşa qəzasında yüzdən çox atçılıq zavodlarının olmasını, onlardan xüsusilə Pənah xanın, onun oğlu, Qarabağın sonuncu müstəqil hakimi olmuş İbrahim xanın, İbrahim xanın oğlanları Mehdiqulu xanın, Məhəmməd Həsən ağanın, onun oğlu Cəfərqulu – Cavanşir xanın, Xan qızı Natəvanın (Usmiyevlərin), Xan nəvəsi Mirzə Əli bəyin, Əsəd bəyin, Fərəculla bəyin, İbrahim bəyin, Süleyman xanın, Tağı bəyin, Hüseyn Ağa Ağanlının, Məmməd bəy Gilaninin, Adıgözəl bəy Gilaninin, Adıgözəl bəyin oğlu Hüseyn bəyin, Mədətovun mehtəri Əbdülrəhmanın, kavaler Əli bəyin övladlarının, Məmməd bəy Qarabağlının, Məmmədqasım ağanın və digər xan zümrəsinə daxil olan sülalərin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işlərinin aparılmasını qeyd edir. K. A. Ditrixsin və başqa tədqiqatçıların əsərlərində XVIII–XIX əsrlərdə mövcud olmuş Qarabağ atlarının sadalanan tipiklik əlamətlərindən aşağıdakılar qeyd olunur: ilk növbədə dağlıq mənşəli atlara xas olan bədənin bütün hissələrinin hormanik və sıx surətdə əlaqəli olması, başın boyuna nisbətən mütənasib olması ilə yanaşı peysər hissəsinin güclü olması, dırnaqların möhkəmliyi, belin düz olması və yəhər yerinin hiss olunması, boyun kiçik olması, hərəkətlərində ağırlıq mərkəzini çevik saxlamaq qabiliyyətinin olması və bununla ən sürətli qaçış zamanı belə ani olaraq korpusun vəziyyətini dəyişərək dayanmaq qabiliyyətinin olması; atın cənub mənşəli olmasını göstərən, dərinin nazik və quru, tüklərin zərif və göz qamaşdırıcı parlaq rəngi, sanqvinik-xolerik temperamentə malik olması, soyuqlamaya meyillik və s.; atın saf qanlı olması və sahibinə itaət səviyyəsində bağlılığı, baxışlarının mənalı, davranışında mehribançılıq hissinin büruzə verilməsi və s. XIX əsrin 70-ci illərində Qarabağda Yelizavetpol atçılıq zavodu təşkil edildi. Burada Qarabağ cinsli yaxşı madyanlar toplanmış və onlar qismən ərəb, hətta bəzi hallarda ingilis-ərəb ayğırları ilə cütləşdirilirdi.
"Qarabağnamələr"də
Qarabağnamələr Qarabağ xanlığında heyvandarlıq təsərrüfatının ümumi vəziyyəti haqqında müəyyən məlumatlar verir.Yunis Hüseynov. "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, Elm, 2007, səh. 74. Rzaqulu bəy Mirzə Camal oğlu da Qarabağ atlarının İran, Türkiyədə şöhrət tapdığını, xanın ilxısının sayının ayğırlardan savayı, 3500-dən çox doğar madyandan ibarət olduğunu qeyd etmişdir.Rzaqulu bəy Mirzə Camal oğlu. Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və zamanın hadisələri // Qarabağnamələr. İkinci kitab, tərtib edəni və çapa hazırlayanı professor N. Axundov. Bakı, Yazıçı, 1991, səh. 243. "Qarabağnamələr"də atçılıq təsərrüfatının bəzi məsələlərinə ətraflı şəkildə toxunulur. Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrdən biri idi. Cənubi Qafqazda Qarabağ atları cinsi, yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanmışdır. İngilislər bu atları hind süvari qoşunu üçün alırdılar. Qarabağ atları qızılı rəngi və gözəl forması ilə fərqlənirdi.Mustafaev M. M. Gkonomika Karabaxskoqo xanstva. Na pravax rukopisi. Berlin, 1949, səh. 53. Atdan Qarabağ xanlığında nadir hallarda kənd təsərrüfatı işlərində – əsasən xırmanlarda dərzlər döyülərkən istifadə olunurdu. 1832-ci ildə Qarabağ əyalətində 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu var idi. Satış üçün atların yetişdirilməsi ilə iri feodallar məşğul olurdular. Onlar çoxlu sayda madyan yetişdirir və onlardan alınan balaları satışa verirdilər. 1831-ci ildə Qarabağda bir atın qiyməti 30 çervondan 300 çervona qədər idiОbozrenie Rossiyskix vladeniy za Kavkazom v statiçeskom, gtnoqrafiçeskom i finansovom otnoşeniəx. SPb., Tipoqrafiə departamenta vneşney torqovli, 1836, ç.3, h. III, səh. 296. ki, bu da öz dövrü üçün kifayət qədər böyük məbləğ idi. Qarabağ xanlığının ixracatında Qarabağ atları da rol oynayırdı.Yunis Hüseynov. "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, Elm, 2007, səh. 86.
Qarabağ atlarının növləri haqqında thumb|300 px|Qarabağ atı "Xan" (1867) thumb|300 px|Qarabağ atı "Zaman" (1952) thumb|300 px|Qarabağ atı "Sarvan" (1987) thumb|300 px|Qarabağ atı "Qar-qar" (2001) Qarabağın Xan zavodlarında əsasən 3 növə aid atlar saxlanılırdı: "Maymun", "Qarnıyırtıq" və "Əliyetməz": "Maymun" növünə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meyilli olmuşlar. "Qarnıyırtıq" növünə aid olan atlar çox yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə "Maymun" tipindən geri qalmışlar.