thumb|425x425px|6,4 milyard km uzaqlıqdan Dünya, soldan sağa keçən gün işığı xalqalarının birinin üzərində, sonradan çəkilən mavi dairənin ortasında, solğun mavi bir nöqtə kimi görünür. Xalqaların görünməsi, günəşin foto kvadratına yaxın olmasından irəli gəlir. Nöqtənin bir xalqanın üzərinə düşməsi təsadüfdür. Solğun Mavi Nöqtə — 14 fevral 1990-cı ildə Voyacer 1 kosmik zondu tərəfindən rekord məsafədən təqribən 6 milyard kilometrdən (3.7 milyard mil, 40.5 a.v.) çəkilən Yer planetinin fotoşəkilidir, bu fotoşəkil Günəş sisteminin "Ailə albomu"-na daxil olan şəkillərdəndir. Fotoşəkildə Yerin görünən ölçüsü bir pikseldən azdır; planet kamera tərəfindən əks olunan Günəş işığı zolaqları arasında kosmosun sonsuzluğunda kiçik tənha nöqtə formasında görünür."A Pale Blue Dot". The Planetary Society. Archived from the original on December 19, 2014. Retrieved December 21, 2014.
İlkin missiyasını tamamlayan və Günəş Sistemini tərk etməkdə olan Voyacer 1 kosmik gəmisinə, NASA tərəfindən astronom və yazıçı Karl Saqanın xahişi ilə kamerasını döndərməsi və Yer kürəsinin son bir şəklini çəkməsi əmri göndərildi."From Earth to the Solar System, The Pale Blue Dot". NASA. Archived from the original on December 18, 2014. Retrieved December 24, 2014. "Solğun mavi nöqtə" termini Karl Sagan tərəfindən fotoşəkilin əhəmiyyətini əks etdirən eyni adlı kitabda qeyd olunmuşdur.
"Solğun Mavi Nöqtə", Karl Saqanın bu fotodan ilham alaraq 1994-cü ildə yazdığı kitabının da adıdır. Fotoşəkil, 2001-ci ildə space.com tərəfindən ən yaxşı on kosmos fotoşəkilindən biri seçilmişdir.
Arxa fon 1977-ci ilin sentyabr ayında NASA, xarici Günəş sistemini və nəticədə ulduzlararası fəzanı öyrənmək üçün bir missiya üzərinə 722 kiloqram (1.592 funt) robot kosmik vasitəsi olan Voyacer 1-i işə saldı.
Voyacer 1 kosmik gəmisi, xarici Günəş sistemini araşdırmaq məqsədilə ABŞ tərəfindən 5 Sentyabr 1977-ci ildə kosmosa göndərilmişdir. 14 Fevral 1990-cı ildə NASA, əsil vəzifəsini bitirmiş və artıq Yer kürəsindən xeyli uzaqlaşmış olan Voyacer 1-ə yeni əmrlər göndərərək Günəş Sistemindəki bütün planetlərin şəkillərinin çəkilməsini təmin etdi. Kosmik gəmindən göndərilən şəkillərdən birində, qara fonda solğun mavi bir nöqtə görünürdü. Bu, Yer kürəsi idi.
NASA veb saytına istinadən bu fotoşəkil Yerdən 6,4 milyard km məsafədən çəkilmişdir. Məhduq ayırdetməli obyektiv istifadə edilmiş, mavi, yaşıl və bənövşəyi filtrlər taxılmış, tutulma müstəvisinin 32° üstü hədəflənmişdir. Dar baxışlı obyektivlər, geniş bucaqlı obyektivlərin əksinə, müəyyən bir bölgədən detallı lentə alınmaq üçün istifadə edilir. Dünya, fotoda bir pikseldən kiçik bir sahə (NASA-ya görə 0,12 piksel) yer tutur.
Voyacer, Venera, Yupiter, Saturn, Uran və Neptunun da bənzər fotoşəkillərini çəkmişdir. Merkurinin Günəşə yaxınlığından dolayı şəkili çəkilənməmişdir. Marsın şəkilinin çəkilə bilinməməsinin səbəbi isə gün işığının obyektivə girməsi səbəbindən mümkün olmamışdır. NASA, 60 şəkli bir mozaika formasında bir araya gətirərək "Ailə Fotosu" dediyi Günəş Sistemi portretini yaratmışdır.
11 May 1996-cı ildə, Karl Saqan, bir nitqində şəkli belə şərh etmişdir:
Albert Qorun 2006 istehsalı "Əlverişsiz Həqiqət" filminin son səhnəsində Solğun Mavi Nöqtə görülür. Qor, şəkli qlobal istiləşmənin qarşısını almağımız lazım olduğunu vurğulamaq üçün istifadə edərkən Karl Saqanın sözlərini təkrarlayar: "Bu sahib olduğumuz tək şey".
Günəş sisteminin "Ailə Albomu" Kompozisiyada altı planetin fərdi fotoşəkilləri və nisbi vəziyyətləri əks olunub. Kompozisiya 60 fərdi Fotoşəkildən ibarət mozaikadır.Planetary.org. "Planetary.org". Retrieved March 23, 2014. Kompozisiyanı tərtib etmək üçün istifadə olunan şəkillər Voyacer 1 kosmik gəmisi tərəfindən çəkilən son fotoşəkillər idi (kosmik gəmi öz işini bundan sonrada davam etdirmişdir).
Bu şəkillər Yerin məşhur "Solğun Mavi Nöqtə" fotoşəklinin də ilham mənbəyi idi. Voyacer görüntü missiyası qrupunun tərkibində olan astronom Karl Saqan, illərlə şəkillərin çəkilməsi üçün kampaniya yürütmüşdür.JPL. "Photojournal". Photojournal. Retrieved March 23, 2014.
Mənbələr
Kateqoriya:Kosmik araşdırmalar Kateqoriya:Voyacer proqramı Kateqoriya:1990-cı ilin fotoşəkilləri Kateqoriya:Yer Kateqoriya:Astronomiya Kateqoriya:Rəngli fotoşəkillər