() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir.
Botaniki xarakteristikası Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir. Yumurtalığı uzunsov, 1-3 yumurtacıqlıdır. Giləmeyvələri qara, göyümtül çalarlı, uzunsov-ellipsvari, uzunluğu 1 sm-dək, eni 6 mm-dən çox deyil. Toxumu əsasən birdir.
Ekologiyası Meşə-çöl zolağında quru, cənub yamaclarında və subalp zolağında günəşli, yarımkölgəli ərazilərdə bitir. Torpağa tələbkar olmayıb çayətrafı ərazilərdə yayılmışdır.
Azərbaycanda yayılması Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur.
İstifadəsi Tək və qrup əkinlərində, canlı bordürlərin salınmasında istifadəsi məqsədyönlüdür.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası Kateqoriya:Orta Asiya florası