() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çində və Qərbi Xibeydə yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 2 m olan həmişəyaşıl, düz böyüyən və ya sallaq koldur. Gövdəsi slindrik, sarımtıl, bir az ziyillidir, zoğlarının uzunluğu 2 sm-dir, iynələri üçhissəlidir. Sadə, iri, parlaq yarpaqları dalğalı, tutqun-yaşıl, ensiz-lansetvari, tərs yumurtavari formalı, kənarları xırda dişlidir, uzunluğu 10 sm-ə çatır. Çiçəklərin diametri 1 sm-dək olub, açıq-sarı, xoş qoxulu, salxımşəkilli, çiçək qruplarında dəstələrdə 3-7 ədəd yığılmışdır. Maydan iyunadək qızılı-sarı rəng alır. Meyvələri yumurtavari formalı, göy-qara, göyümtül çalarlı olub, uzunluğu 1 sm-ə qədərdir, payızın əvvəllərində yetişir.
Ekologiyası Günəşə, kölgəyə və atmosferin sənaye çirklənməsinə davamlı olan növdür. Torpağa tələbkar deyil, ancaq təzə, drenajlı torpaqlara üstünlük verir. Quraqlığa, şəhər şəraitinə davamlıdır.
Azərbaycanda yayılması Abşeronda bəzi həyətyanı sahələrdə, parklarda mədəni şəraitdə becərilir.
İstifadəsi Yaxşı budanır, müxtəlif formalar vermək olur. Alpinari və keçilməz canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür.
Sinonimləri Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Çin florası