Rafiq Fərəcov — Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Vətən səsi" qəzetinin baş redaktoru.

Həyatı Rafiq Fərəcov 1952–ci il dekabrın 18–də Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində müəllim ailəsində doğulub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

Ailə vəziyyəti Ailəlidir, iki övladı var.

Fəaliyyəti Əmək fəaliyyətinə mətbuatdan başlayan Rafiq Fərəcov 1975–ci ilin oktyabrından 1979–cu ilin fevralınadək Krasnoselo rayonunda nəşr olunan “Dostluq” rayon qəzetində müxbir, məsul katib, 1979–cu ilin fevralından 1988–ci ilin dekabrınadək həmin qəzetin redaktor müavini, şöbə redaktoru vəzifələrində işləyib.

Sonra qaçqınlıq həyatı başlayır və 1988–ci ildən Bakıda Azərbaycan Qaçqınlar Cəmiyyətində çalışır, 1992–ci ilin martında isə sevdiyi peşəsi üzrə işləməyə başlayır. Həmin ildən 1996–cı ilin aprelinədək “Vətən səsi” qəzetində şöbə müdiri, məsul katib, baş redaktorun müavini işləyən Rafiq Fərəcov hazırda bu qəzetin baş redaktorudur. Onun 35 ildən çox jurnalistlik fəaliyyətinin yarısı məhz “Vətən səsi” qəzeti ilə bağlıdır. Rafiq Fərəcov həm də Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Vətən səsi–xalqın səsidir

Mükafatları “Qızıl qələm” “H.B.Zərdabi” "Əməkdar jurnalist” (2010)

İstinadlar

Kateqoriya:Göyçədə doğulanlar