Hayko Maas — alman siyasətçi, Sosial Demokrat Partiyasının üzvü, Angela Merkelin başçılığı altında formalaşan yeni hökumətində 2018-ci 14 mart ayından etibarən Almaniyanın xarici işlər naziri.

Həyatı Maas 1966-cı il sentyabrın 19-da Fransada orta sinif ailəsində anadan olmuşdur. Atası peşəkar bir əsgər idi, daha sonra Saarlouis Assambleyasında, Almaniyaya məxsus bir avtomobil zavodunda menecer oldu, anası bir paltar tikişçisi idi. 1987-ci ildə gimnaziyadan məzun, 1987–1988-ci illərdə məcburi hərbi xidmətdə olmuşdur. Bundan sonra bir il Saarlouis Assambleyasında işləmiş, 1989-cu ildə Saarland Universitetində hüquq fakültəsinə qəbul olmuşdur.

Fəaliyyəti Saarland Universitetində hüquq fakültəsini bitirdikdən sonra 1996-cı ildə Saarland Parlamentinə seçilir. 1999-cu ildən Saarland regional parlamentində Almaniya fraksiyasının rəhbəri və 2013–2018-ci illərdə Almaniyanın ədliyyə naziri vəzifəsində olmuşdu.Brian Parkin and Tony Czuczka (26 March 2012), Merkel’s Party Wins Saarland State in Show of Crisis Backing . Hayko Maas 2000-ci ildə Sosial Demokratlara rəhbərlik etmiş, 2001-ci ildən isə Partiyanın Federal Şurasının üzvü olmuşdur. Saarlandın Ətraf mühit, Enerji və Nəqliyyat naziri (1998–1999), Saarlandın iqtisadiyyat, əmək, enerji və nəqliyyat naziri (2012–2013), 14 mart 2018-ci ildən Almaniyanın xarici işlər naziri olmuşdur.

Siyasi mövqeyi Hayko Maas sosial demokratik dəyərlərin güclü tərəfdarıdır.

Həmçinin bax Ziqmar Qabriel Frank-Valter Ştaynmayer

İstinadlar

Xarici keçidlər Almaniyanın yeni xarici işlər naziri Hayko Maas olacaq HAYKO MAAS

Kateqoriya:Almaniya nazirləri Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:XX əsr siyasətçiləri