() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Aralıq dənizi ölkələri, Balkan yarımadasında, İran və Rusiyada yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 10-40 sm olan çoxgövdəli, aşağı tərəfi odunlaşmış, çim əmələ gətirən yarımkolcuqdur. Uzunluğu 3–7 mm olan yarpaqları bizvari formadadır, üzəri uzun tüklərlə örtülmüşdür. Çiçəkləri sünbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uzunluğu 2-2,5 mm, yumru-oval, tüklü, dişləri borucuqdan 2 dəfə qısadır. May ayında çiçəkləyir. Oktyabrda meyvə verir. Meyvələrdə ikidişli çiçəkyanlığı vardır. Toxumları hamar, yumru, qara-qonur, diametri təxminən 1 mm, vəziciklidir.
Ekologiyası Günəşli, gilli çöllərdə, daşlı yamaclarda qrup şəklində bitir.
Azərbaycanda yayılması Böyük Qafqazın qərbində, Kür-Araz ovalığında yayılmışdır.
İstifadəsi Bitkinin tərkibində 0,2% efir yağı vardır. Bitki kamfora iyi verdiyi üçün xalq təbabətində oyadıcı, sidik və tərqovucu kimi istifadə edilir. Qış otlaqlarında mal-qara üçün yemdir. Tərkibində külün miqdarı azdır. Sulu məhlulu sinir xəstəliklərində, xroniki qripdə, soyuqdəymə xəstəliklərində istifadə edilir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şimali Afrika florası Kateqoriya:Avrasiya florası