Din Ryan Solomons (22 fevral 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda müdafiəçi kimi çıxış edən peşəkar CAR futbolçusu.

Klub karyerası

Yonq Ayaks Solomons Ayaks Keyptaun akademiyası vasitəsilə inkişaf etmişdir. 31 avqust 2017-ci ildə Solomons Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi müqavilə imzalamışdır. Solomons öz peşəkar karyerasında debütünü 10 sentyabr 2018-ci ildə AZ Alkmaar II klubuna qarşı oyunda etmişdir. O, 65-ci dəqiqədə Abdallah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.

Karyera statistikası

KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolYonq Ayaks2018–19Eerste Diviziya1000000010Ümumi karyera1000000010 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.

Uğurları

Klub "Yonq Ayaks" Eredviziya U-19 — 2016–2017

İstinadlar

Xarici keçidlər

Kateqoriya:CAR futbolçuları Kateqoriya:Yonq Ayaks futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları