Frits Ştuxlik (; 11 fevral 1966, Vyana, Avstriya) — sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı, AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri (2018-2022).
Həyatı Frits Ştuxlik 11 fevral 1966-cı ildə Vyanada anadan olub. Hakimlik karyerasına 1982-ci ildə başlayıb. 1992-ci ilin iyulundan 2009-cu ilin dekabrına qədər Avstriya Bundesliqasının hakimi olub. 1994-cü il yanvarın 1-dən 2009-cu il dekabrın 31-dək FIFA referisi olaraq fəaliyyət göstərib. Avstriya çempionatının yüksək divizionunda 267, beynəlxalq arenada isə 89 oyun idarə edib. Vyana Futbol Federasiyasında gənc hakimlərin təlim-tədrisi ilə məşğul olub. 2010-cu ildən FIFA/UEFA hakim-inspektorudur. UEFA Konvensiya meneceri, FIFA/UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısıdır. O, həmçinin, Avstriya Futbol Federasiyasında katib vəzifəsində çalışıb. 2018-ci ilin mart ayında qarşılıqlı razılıq əsasında federasiyadakı vəzifəsindən ayrılıb.
14 sentyabr 2018-ci ildə AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsinə təyin olunub və 30 iyun 2022-ci ilədək bu vəzifədə qalıb.
İstinadlar
Xarici keçidlər
Worldreferee.com saytında profili Eu-football.info saytında profili
Kateqoriya:Vyanada doğulanlar Kateqoriya:Avstriya futbol hakimləri