– Yaponiya tarixində ən əhəmiyyətli samuraylardan biri. Meyci islahatının keçirilməsində rol oynamış 3 əsas şəxsiyyətdən biridir. Edo dövrünün sonunda və Meyci dövrünün əvvəlində yaşamış Takamori çox vaxt "əsl sonuncu samuray" adlandırılır.History Channel The Samurai, video documentary Doğum adı , Takamori soyadını yetkin yaşlarında almışdır. təxəllüsü ilə ədəbiyyatla da məşğul olmuşdur.Ravina, Mark. The Last Samurai: The Life and Battles of Saigō Takamori. John Wiley and Sons, 2011. Names, Romanizations, and Spelling (page 1 of 2) . Retrieved from Google Books on August 7, 2011. , . Balaca qardaşı Sayqo Cudo qensuy hərbi rütbəsinə malik idi.

Sayqo ən çox 1877-ci ildə Meyci islahatı nəticəsində samuraylara qarşı qoyulan məhdudiyyətlərə qarşı çıxmaq üçün başlatdığı Satsuma üsyanına görə tanınır. Onun üsyanı daha müasir silahlara malik olan hökumət ordusu tərəfindən asanlıqla yatırılmışdır və Sayqo üsyanın son döyüşündə ölmüşdür. Yaponiyada onun şərəfinə bir neçə heykəl qoyulmuşdur.

Həyatı thumb|left|Sayqo Takamori uniformada.|190px 23 yanvar 1828-ci ildə müasir Kaqoşima prefekturasının tərkibində olan Satsuma xanlığında anadan olmuşdur (yaponiya təqviminə görə isə Bunsey dövrünün 10-cu ayında).

Sayqo əvvəlcə aşağı rütbəli samuray kimi xidmət göstərirdi. Sayqonun ailəsinin rəsmi statusu Cokaşi (tam samuray) olsa da, qoşi (kəndli samuray) kimi yaşayırdılar. Onlar kifayət qədər kasıb idilər.

Fəaliyyəti Takamori 1854-cü ildə daymyo Şimazu Nariakiraya Kobu qattay hərəkatında kömək etmək məqsədilə Edo şəhərinə köçmüşdür. Daymyonun ölümündən sonra Edodakı fəaliyyəti yarımçıq qalmış və Kaqoşimaya geri qayıtmışdır. O, yaxalanmış və Amami Oşima adasında sürgün edilmişdir. 1861-ci ildə bu dəfə başqa daymyo Şimatsu Hisamitsu tərəfindən Amami Oşimanın cənubundakı Okinoerabu adasına sürgün edilmişdir. 1864-cü ildə Hisamitsu onu əfv etmiş və xanlığın maraqlarını müdafiə etməsi üçün Kiotoya göndərmişdir.

1868-ci ildə şoqunun gücü imperatora qaytarmasından sonra Sayqo bu həll müzakirəsinə şiddətlə qarşı çıxmışdır. Onun inadkarlığı Boşin müharibəsinin əsas səbəblərindən biri idi.

Meyci hökumətinin qurulmasından sonra Sayqo digər liderlər kimi aktiv olmasa da, hökumətdəki əsas yerini qorumuşdur. O, xanlıq sisteminin ləğv olunmasında xüsusi rol oynamışdır. O, Yaponiyanın müasirləşməsinə və Qərb ənənələrinə meyil etməsinə qarşı çıxmışdır. O, həmçinin dövlət pulunun dəmiryollarına deyil, orduya xərclənməli olduğunu müdafiə etmişdir. Koreya hökuməti Meycini imperator kimi tanımayanda Sayqo Koreyanı ziyarət edib casus belli əldə etməyi təklif etsə də, planı qəbul edilməmişdir. Bundan sonra hökumətdən ayrılıb Kaqoşimaya qayıtmışdır.

thumb|Ueno parkındakı heykəli.|190px Hökumətin samuraylara öz statuslarını təhvil verməsi barədəki qərarlarından narazı qalan bəzi samuraylar 1877-ci ildə Kaqoşimada mərkəzi hökumətə qarşı gəlməyə başladılar. Sayqo da Satsuma üsyanı adlı bu üsyana başçılıq etməyə başladı.

Sayqo üsyan zamanı ölmüşdür. Onun necə öldüyü dəqiq deyil. Köməkçilərinin hesabatlarındakı iddialara görə ağır yaralanan Sayqo seppukudan istifadə etməyə qərar vermiş və köməkçisindən ona kömək etməsini istəmişdir. Komandirləri onun arzusunu yerinə yetirib başını kəsmiş və döyüşçü kimi ölməsinə şərait yaratmışdırlar. Sayqonun ölümü Satsuma üsyanını başa çatdırmışdır.

İrs Sayqo Takamori ilə bağlı bir çox əfsanələr ortaya çıxmışdır. Onların çoxu Takamorinin ölümünü inkar edir.

Ən məşhur Takamori heykəllərindən biri Tokionun Ueno parkında yerləşən, ov paltarında iti ilə təsvir olunduğunu bürünc heykəlidir. Takamura Koun tərəfindən hazırlanan heykəl 18 dekabr 1898-ci ildə qoyulmuşdur. Bu heykəlin başqa versiyası Sayqonun bir zamanlar sürgün olunduğu Okinoerabucimada yerləşir.Man, John. "In the Footsteps of the Real Last Samurai." SOAS World. 37 (Spring 2011). p30.

İstinadlar

Ədəbiyyat Hagiwara, Kōichi (2004). (Illustrated life of Saigō Takamori and Ōkubo Toshimichi) Kawade Shobō Shinsya, 2004 (Japanese) Jansen, Marius B. and Gilbert Rozman, eds. (1986). Japan in Transition: from Tokugawa to Meiji. Princeton: Princeton University Press. ; OCLC 12311985 ____________. (2000). The Making of Modern Japan. Cambridge: Harvard University Press. ; OCLC 44090600 Ravina, Mark. (2004). The Last Samurai: The Life and Battles of Saigo Takamori. Hoboken, New Jersey: Wiley. ; OCLC 427566169 Yates, Charles (1995) "Saigo Takamori: The Man Behind The Myth" (New York, NY: Kegan Paul International ) Ravina, Mark J. “The Apocryphal Suicide of Saigō Takamori: Samurai, Seppuku, and the Politics of Legend.” Journal of Asian Studies 69.3 (2010): 691-721.

Xarici keçidlər

Sayqo Takamori | Müasir Yaponiya hərbi xadimlərinin portretləri (Milli Diet Muzeyi)

Kateqoriya:Kaqoşimada doğulanlar Kateqoriya:Samuraylar Kateqoriya:Yaponiya sərkərdələri Kateqoriya:Üsyan rəhbərləri Kateqoriya:Yaponiya inqilabçıları Kateqoriya:Meyci islahatları Kateqoriya:Satsuma hanında doğulanlar Kateqoriya:Boşin müharibəsi iştirakçıları Kateqoriya:Seppuku ilə intihar edənlər Kateqoriya:Meyci dövrü şəxsləri