thumb|right|Perun Maksimilyan Antayaloviç Persnyakovun təqdimatında Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir.

Slavyan bütpərəst tanrıları Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır. Bunu cin, qulyabanı, su pərisi haqqında yayılmış xurafata da aid etmək olar.

Lado, Çur, Noviy(gün) adları uzun müddət nəğmələrdə, atalar sözlərində varlığını saxlamışdır.

Şifahi ənənələrlə yanaşı qədim slavvyan tanrıları haqqında məlumatlara yazılı mənbələrdə, xüsusilə salnamələrdə həmçinin günümüzə qədər gəlib çıxan qədim slavyanlar haqqında tarixi sənədlərdə də rast gəlmək mümkündür. Məsələn, hələ xristianlığın qəbul edilməsinə qədər Kiyevdə knyaz Vladimir pərəstiş obyekti kimi bəzi bütpərəst tanrılar üçün bütlər qoydurmuşdur ki, bunun haqqında da salnamələrdə xeyli məlumatlar mövcuddur. Əgər knyazlardan İqor və Oleqin yunanlarla bağladığı müqavilə-andlar olmasıydı, o zaman bir çoxu Perun Xors, Dajboq, Mokoş, Striboq, Simarql haqqında çox az şey bilərdi.

Slavyan büdpərəst tanrıları haqqında xeyli məlumatı salnaməçi Nestor "Keçmiş illərin povesti" adlı salnamədə verir. Oözü də mifoloji materialı bizə qədər gəlib çatmayan salnamələrdən götürmüşdür. Lakin eyni zamanda hələ Nestorda, həm də salnaməçilərin sonrakı nəsillərində, o cümlədən, Nikonovski, Arxengelski, Sofiyski İpatyevski, Qustınski və s. də bir sıra bütpərəst slavyan adlarına rast gəlmək olar. Salnamələr ya harada tapıldığı (salnamənin əldə edildiyi yer adları) yerlə, ya da kimə mənsub olması ilə zəmanəmizə gəlib çatmışdır. Ali və ibtidai mifologiya Ənənəvi olaraq mifologiyanı iki hissəyə ali və ibtidai hissələrə bölürlər. Ali mifologiya dedikdə adətən tanrılar və qəhrəmanlar haqqında miflər nəzərdə tutulur. İbtidai mifologiya isə, müxtəlif təbiət ruhları haqqında, ilahilik statusu hüququna malik olmayan mifoloji varlıqlar haqqında mifləri əhatə edir. Bu bölgü şərti xarakter daşıyır. Çünki ilahiliyin mahiyyətinin müəyyən edilməsi sahəsində müxtəlif baxışları mövcuddur. Ali və ibtidai mifologiyaların fərqli əlamətləri kimi bəzən ali mifologiyanın şüurlu mif yaradıcılığı (kahinlər, əgər xüsusi miflər sistemləşdiririlir) və ibtidai mifologiyanın isə kortəbii surətdə yaranması göstərilir. Beləliklə, ibtidai mifologiyadan fərqli olaraq ali mifologiyanın süjet, mövzu və obrazları ciddidir, müəyyəndir, birobrazlıdır.

Ali mifologiya ibtidaidən xeyli sonra, cəmiyyətin, sosial-qeyri bərabərliyi mərhələsinə keçid dövründə yaranmış və hakim sinfin ideologiyası rolunu oynamışdır. Mifoloji personajların ali və əhəmiyyətini müəyyən etməyə imkan verir.

Lakin slavyanların bütpərəst mifologiyasının tədqiq edərkən mənbələrin azlığına, bəzən isə ziddiyyətlərinə görə biz bu və ya digər personajın ilahi olmasını müəyyənləşdirməkdə çətinliklə rastlaşırıq. Məsələn, Kolyada tanrıdır yoxsa qışda keçirilən bayramların personajlarından biridir. Ona görə də tədqiqatçıların əksəriyyəti salnaməçilərin çoxunun slavyanların bütpərəst panteonuna daxil etdikləri tanrıları ali mifologiyaya daxil edirdilər. Bayram mərasimləri ilə əlaqədar olan ilahilər isə xüsusi qrupda müəyyənləşdirilir.

İbtidai mifologiyaya isə müxtəlif ruhlar aiddir. Slavyan, ali mifologiyasının tanrılar panteonunda mühüm yer tutan bütpərəst allahlarından Perun xüsusi qeyd edilməlidir. Slavyan mifologiyası 400px|thumb|right Ümumiyyətlə, slavyan mifologiyasında kişi allahları sırasında adətən Perun, Svarojiçi daxil edirlər. Perun kosmik allah kimi ildırım, şimşək, qasırğa hadisələrinin idarə edən kimi tanınır. L.Niderlə geniş şəkildə yayılmış allah Perundan danışarkən onun təkcə rusların allahı olmadığını qeyd edir.Нидерле Л. Славянские древности (Пер. с чешского) М., 1956, с. 276-277 Təsadüfü deyildir ki, Polab slavyanlarında Perun həftənin günlərinin adında əks olunmuşdur. Həftənin dördüncü günü - Perun günü adlanırdı.

Tədqiqatçıların fikrincə slavyan tanrısı Perun Litva tanrısı, Perkunas və latış tanrısı Perkonsla eynidir.Волошина Т.Ф. Фстапов С.Н Языческая мифология славян. Ростов н/Д. "феникс", с. 70 Belə müqayisələrin sayını artırmaq da mümkündür. Qədim Hind eposu "Riqvedada" yağış, ildırım və şimşək allahı İndranın adlarından biri də Parjanya olmuşdur. Perun kutlu çox qədim zamanlardan məlum olsa da onun daha geniş surətdə yayılmasına alimlər VIII- IX əsrlərə aid edirlər. Perunun adını çox vaxt vahid və ali tanrı ideyası ilə əlaqələndirirlər. (Kitabların tərcüməsində slavyanlar çox vaxt yunan Zevsini və Roma Yupiterini Perun adı ilə tərcümə edirdilər). Perun sözünün etimologiyası M.Fasmerə görə "İldırım" sözünə uyğun gəlir. R. Yakobson, V.İvanov və başqa alimlərə görə bu söz hett sözü perunas - "qaya" sözü ilə eyniləşdirilir.

Bəzi faktlara görə Perun kultunun mənbəyinin tarixi hind-avropa dövrünə gedib çıxır. Perun allahının adına qədim rus salnamələrində və digər yazılı abidələrində tez-tez rast gəlmək mümkündür. "Keçmiş illərin povesti"ndə Perun adı 11 dəfə çəkilir. Yunanların çarı Leon və Aleksandr, slavyanların knyazı Oleqle sülh bağladılar. Oleqi rus qanunları üzrə and içməyə apardılar. Onlar silahlarına, allahları Peruna, mal-qara allahı Volos and içdilər və sülhü təsdiq etdilər.Qədim rus ədəbiyyatı müntəxəbatı. B., Maarif, 1985, s.21

Yaxud əsərin digər yerində deyilir: " Vladimir Kiyevdə təkbaşına knyazlıq etməyə başladı və sarayın arxasındakı təpədə ağacdan düzəldilmiş və başı gümüşdən, bığları qızıldan hazırlanmış Perunun, Xorsun, Dajboqun, Striboqun, Simarqlanın və Mokaşın bütlərini qoydu"

"Keçmiş illərin povesti"ndə deyilirdi: "Vladimir əmisi Dobrınyanı Novqoroda hakim təyin etdi. O, Novqorodda Volxov çayı üstündə büt ucaltı. Novqorodlular onu allah hesab etdiklərinə görə qurban gətirdilər".

Perun haqqında məlumatlara digər salnamələrdə də rast gəlmək mümkündür. Perun kultu Kiyev Rusunda geniş yayılmışdı. N.M.Karamzin "Rusiya dövlətinin tarixi" əsərinin birinci cildində yazırdı: "Rusiyada xristian dininin keçilməsinə qədər bütlər arasında birinci yeri İldırım allahı Perun tuturdu. Hələ XI əsrdə slavyanlar ona ali " Dünya hakimi" kimi itaət edirdilər. Onun bütü Kiyevdə Təpədə dururdu".Карамзин Н.М. История государства Российского. В двенадцати томах. М.Наука. 1989. Т. 1. с. 80

Kiyevdə knyaz dairələrinin Perun kultuna diqqəti qətiyyən şübhə doğura bilməz. "Bütpərəstlik və Qədim Rus" əsərində E.VAniçkov yazırdı ki, Perun kultu Kiyev İqor övladlarının drujina - knyaz kultu idi.Анчиков Е.В. Язычество и древняя Русь. Спб, 1914, с. 319

Vladimir Kiyevdə Peruna büt qoyduqdan sonra E.V.Aniçkovun yazdığına görə, Dobrınyanı Novqoroda göndərir ki, orada Perunun kultunu təsis etsin. E.V.Aniçkov bununla demək istəyirdi ki, Perunu Novqorodda tanımırdılar. Deməli, Perunun Kultu cənubu və şimalı birləşdirməli idi. Aniçkov yazırdı ki, digər rəsmi din qəbul edilən kimi Perunun kultu sürətlə unuduldu.

Ümumiyyətlə, slavyanların bütpərəstliyini tədqiq edən alimlər çoxdur. Onlardan biri də N. M. Qalkovskidir.Гальковский Н.М.Борьба христианства с остатками язычества в Древней Руси. И 3-ч т. Хфзьков, 1916, Т.1. с 23 Müqəddəs ağac Xristianlıq qəbul ediləndən sonra belə Vladimir Peruna xüsusi hörmətlə yanaşmışdır. Perunun bütünü digər bütlər kimi nə doğradılar, nə də yandırdılar, əksinə Kiyevdəki təpədən götürüb, 12 drujinin iştirakı ilə eskortla Dneprlə adaya yola saldılar. Görünür, bu ada da slavyanların əcdadları Peruna ibadət mərasimləri keçirirdilər. 1910-cu ildə və 1975-ci ildə Dneprdə arxeoloqlar tərəfindən bir sıra tapıntılar əldə edimişdir. Burada tapılan palıd gövdəsi ilə əlaqədar belə hesab edirdilər ki, bu palıd ritual mərasimləri keçirilməsinə xidmət edən müqəddəs ağac olmuşdur.Ивакин Г.Ю. Священный дуб языческих славян. Сов.Этнография. 1979. №2. с. 106-115 300px|thumb|right|Müqəddəs sayılan palıd ağacının qalıqları Nəyə görə bütpərəstlər qurban mərasimi Xortisa adasında keçirirdilər? sualını akademik B.A.Rıbakov belə izah edirdi. Burada çətin və qorxulu yoldan sonra Kiyev karvanları dayanırdılar və Peruna qurban verirdilər.Рыбаков Б.А.История културы Древней Руси. Т. 1. М.Л., 1949, с. 366 Ola bilər ki, həmin mərasim Bizans imperatoru Konstantin Baqryanarodnıy tərəfindən təsvir olunmuşdur. O Dneprə səyahət etmişdir və gördüklərini təsvir etmişdir. "Dneprlə hərəkət edərək ruslar müqəddəs Qriqori adlanan adaya çay çatırlar. Bu adada onlar qurban vermə mərasimi keçirirlər. Orada nəhəng bir palıd ağacı vardır. Qurbanlıq üçün diri xoruzlar gətirirlər. Palıdın ətrafında oxlar, çörək parçaları, ət və kimin nəyi varsa adətə görə onu qoyurlar. Xoruzlara görə, onu kəsmək, yemək və ya diri buraxmaq üstündə püşk atırlar." Багрянародный Константин. Об управленин империей. М.Наука, 1989, с. 49

Qustinskinin salnaməsində deyilir ki, Perunun bütxanəsində əbədi od saxlanılırdı. Eyni zamanda müqəddəs ocağa ancaq palıddan olan odunlar atılırdı. Əgər, hər hansı bir kahinin günahı ucbatından od sönürdüsə, həmin kahin mütləq öldürürdü.

Lakin qeyd etmək lazımdır ki, Qustınski salnaməsi sonrakı dövrlərdə yazıldığından ona ehtiyatla yanaşmaq lazımdır. Slavyanların əcdadları tərəfindən Kiyev ətrafındakı təpələrdən birində yaradılmış Perun səcdəgahına bənzəri arxeoloqlar tərəfindən Novqorod yaxınlığında da aşkar edilmişdir.Седов В.В. Древнерусские святилища в Перыни. //Краткие сообщения института истории ьатериальной культуры им. Н.Я.Марра//, вып. 1, 1953, с. 92-103

Perunlarla əlaqədar keçirilən ritualların səciyyəvi cəhəti onların palıdla, palıd kolları ilə və Perunun bütxanəsini düzəltdikləri təpələrlə əlaqəsidir.

Perunun adlanması Slavyanların yayılıb yaşadığı yerlərdə Perunun adı ilə bağlı təpə və dağ adları kifayət qədərdir. Bununla bərabər Slavyanlar arasında Perun haqqında miflər də geniş yayılmışdı. Perun haqqında mif tədricən belarus və digər slavyan xalqlarının ənənələrinə uyğun olaraq bərpa edilir. Burada ildırımsaçan Perunla birləşir. (belarusca Pyerun- şimşək deməkdir). Perun əvvəlcə at üstündə oturmuş kimi, yaxud da cəng arabasında öz silahı ilə ilan görünüşlü düşməni vurur. Nağıldakı 3miulan, 3mey Qorınıç və s. bu qəbildəndir. Həmin düşmən Perundan gizlənir. Gizləndiyi yer isə ağac, heyvan, insan, daş və sudur. Mifin sonrakı transformasiyalarından Perun adı və onun rəqiblərinin adı dəyişə bilər lakin əsas süjet isə dəyişilməz qalır. Perun düşmən üzərindən qələbə çaldıqdan sonra sahələrə həyat rütubəti gətirən su azad edilir. Əlbəttə bu mif şimşəyin, tufanın mənşəyini izah edən etimoloji mif kimi də şərh oluna bilər.

Mifin qədimliyini sübut edən faktlardan biri orada baş verənlərin qədim hind eposu "Riqveda" ilə müqayisə edilməsidir. "Riqveda"da İndra iblislərlə mübarizə aparır. Özünün şimşəyi ilə əjdaha Vritranı öldürür. Vritra suyu dağlarda gizlətməklə torpağı məhsuldarlığın əsas amili olan sudan məhrum etmişdir.

Perunala əlaqədar olan mifik təsəvvürlərin öyrənilməsi "İqor polku" dastanındakı bəzi fraqmentləri başa düşməyə kömək edir. Orada düşmən qoşunların yaxınlaşması buludlarla müqayisə olunur.

O biri gün isə sökülən dan, Al şəfəq verəndə xəbər işıqdan Dənizdən sürünür qara buludlar- Hey!Hey! Dörd günəşi udmaq qəsdi var, Mavi şimşək çaxır qara buluddan, Şimşək yox, gərəkdir gurlasın tufan! Donda, Kayalada ıldırım çaxsın, Qoy yağan yağış da ox ilə yağsın.