() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır.

Botaniki xarakteristikası Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir.

Ekologiyası Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması Böyük Qafqazda və Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır.

İstifadəsi Payızda və qışda dəvələr, qoyunlar və keçilər üçün yemdir. Potaş və sodanın alınması üçün materialdır. Nadir növdür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avrasiya florası