Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü.
Həyatı
Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur.
Pedoqoji fəaliyyəti
Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.
Monoqrafiyaları
"Anar" (1994) "Əlabbas: Sözün köhnə kişisi" (2005) "Sabir Rüstəmхanlı: Sərhədsiz ruhumuzun yolçusu" (2006) "60-cılar nəsrinin etik problemləri" (2006) "Yaradıcılıq şəхsiyyətlə üst-üstə düşəndə..." (2010) "Nizami Cəfərov: Şəхsiyyət və yaradıcılıq fenomeni" (2010) "Nəriman Əbdülrəhmanlı: işıq adamı" (2010) "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011) "Firuz Mustafa: İdrakla hissin vəhdəti" (2012) "Əjdər Ol: nəsrin imkanları" (2014) "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti"
Vəfatı
Sabir Bəşirov çalışdığı Yardımlı rayon Peştəsər kənd orta məktəbində ürək tutmasından 62 yaşında vəfat edib.
Haqqında yazılanlar
Əsgər Rəsulov: Sabir Bəşirov haqqında portret oçerk
Mükafatları
Sabir Bəşirov 1989-cu ildə "Metodist müəllim" və "Qabaqcıl maarif xadimi" adlarını qazanmışdır.
Həmçinin bax
Anar Nəriman Əbdülrəhmanlı Ələmdar Cabbarlı
Xarici keçidlər
Əyalətdən boylanan ədəbiyyatşünas-filosof Ömrü ləyaqətlə yaşamaq
İstinadlar
Kateqoriya:Yardımlı rayonunda vəfat edənlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar