Mirmahmud Ağamirzə oğlu Əliəsgərli (tam adı: Mirmahmud Ağamirzə oğlu Əliəsgərli ; d.1895, — ö.1958, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair.

Həyatı XX əsrin əvvəllərində yaşayıb-yaradan, klassik şeir ənənələrini yaradıcılığında yaşadan şairlərdəndir. Əlyazmalar İnstitutunda Əliabbas Müznibin və Məmməd Səid Ordubadinin arxivində və fraqmentlər bölməsində Mirmahmud Nurinin tərcümeyi-halı və şeirləri saxlanılır. 5 il üsuli-ətiq üzrə təhsil almış, sonra iranlıların "İttihad" məktəbinə daxil olmuşdur. sonra türklərin "Kiçik zabitan" kursunu bitirmiş və türk ordusunun Bakı bölməsiondə xidmət etmişdir. satiraları "Soyulmuş Əyyar", lirik şeirləri "Nuri" təxəllüsü ilə çap olunmuşdur.

thumb|left|300px|Bakı müəllim və şairləri. 1916. Soldan. 1-ci cərgə: 1) (Mir)bədrəddin Seyidzadə "Bədri", 2) Mirəbdülvahab "Seyid Zərgər", 3) Mikayıl Məhəmmədəli oğlu "Seydi", 4) Əbdülxalıq "Cənnəti", 5) Ağadadaş Müniri "Müniri", 6) Mirsadıq "Sadiq", 7) Nemət Bəsir Hacıyev. 2-ci və 3-cü cərgələr: 1) Hacı Səlim Qasımzadə "Səyyah", 2) Hüseynqulu "Tülui", 3) Mirmahmud Əliəsgərli "Nuri", 4) Ağadadaş Ələkbərov "Dərviş", 5) Hüseynqulu "Sacid", 6) Nüsrət Ərdəbili, 7) Mirzəbala Qardaş "Xadim", 8) Mirzə Xəlil Canıbəyov, 9) Əliabbas Müznib "Müznib", 10) Əliağa Vahid "Vahid", 11) Əbdürrəhman "Asim", 12) Əmin Abid Gültəkin "Abid", 13) Sultan "Gülşəni", 14) Hənəfi Zeynallı, 15) Əlisəttar İbrahimov

İstinadlar

Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri