Drom (, ) — Fransa cənub-şərqində yerləşən Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 26. İnzibati mərkəzi — Valans. Əhalisi — 499.313 nəfər (departamentlər arasında 53-cü yer, 2010-cu ilin məlumatları).
Coğrafiya Ərazisi — 6530 km². Rona və Drom çayları departamentdən axır.
Departamentə 3 rayon, 36 kanton və 369 kommun daxildir.
Drom departamentinin rayonları Drom departamentinə 3 rayon daxildir: Valans (Valence) Di (Die) Nyon (Nyons)
Tarixi Drom — 1790-cı ilin martında Böyük Fransız İnqilabı dövründə yaranan ilk 83 departamentdən biridir. Keçmiş Dofine vilayətinin ərazisində yerləşir. Adı Drom çayından gəlir.
Qalereya
Xarici keçidlər Prefektura saytı (fr.) Departamentin idarə etmə mərkəzi saytı (fr.) Conseil général de la Drôme Archives départementales La Drôme Tourisme Médiathèque départementale de Drôme
Kateqoriya:Overn-Rona-Alpın departamentləri