thumb|450px

Poliqamiyanın qanuniliyi bəzi dünya ölkələrində tanınır. Poliqamiya təxminən 200 müstəqil dövlətdən 58-də qanunidir. Onların əksəriyyəti Afrika və Asiyada yerləşən müsəlman dövlətləridir. Həmin dövlətlərin əksəriyyətində poliginiyaya qanunvericiliklə icazə verilir. Poliandriya isə faktiki olaraq bütün dünya ölkələrində qanunsuz hesab olunur. Digər müstəqil dövlətlər poliqamiyanı tanımırlar.

Poliqam nikahları tanıyan dövlətlər Afrika Əlcəzair Kamerun Çad Mərkəzi Afrika Respublikası Konqo Respublikası Cibuti Misir Qabon: Qabon qanunvericiliyinə görə, həm kişilər, həm də qadınlar əks cinslə poliqam nikaha daxil ola bilərlər. Praktikada bu hüquq yalnız kişilərə münasibətdə tanınır. Qambiya Qvineya Liviya Keniya: Poliginiya 2014-cü ildə qəbul edilən qanunla qanuni olmuşdur. Mali Mavritaniya Mərakeş Nigeriya (yalnız bəzi əyalətlərdə) San-Tome və Prinsipi Seneqal Somali Cənubi Sudan Sudan Esvatini Toqo Tanzaniya Uqanda Zambiya

Asiya Əfqanıstan Bəhreyn Banqladeş Butan Bruney İndoneziya (Maluku, Şimali Maluku, Papua və Qərbi Papua vilayətlərindən başqa) İran İraq (İraq Kürdüstanı istisna olmaqla) İordaniya Küveyt Livan Maldiv adaları Oman Qətər Pakistan Səudiyyə Ərəbistanı Şri-lanka Suriya (Suriya Kürdüstanı istisna olmaqla) Birləşmiş Ərəb Əmirlikləri Yəmən

Okeaniya Solomon adaları

Yalnız müsəlmanlara münasibətdə poliqam nikahları tanıyan dövlətlər Qeyd edilən dövlətlərdə yalnız müsəlmanlara münasibətdə poliqam nikahları tənzimləyən xüsusi qanunvericilik aktları var.

Asiya Hindistan Malayziya Filippin Sinqapur Şri-Lanka

Poliqam nikahları tanımayan dövlətlər Afrika Benin Kot-d'İvuar. Burada poliqamiya altı aydan üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər və ya şəxs 50,000 CFA frankından 500,000 CFA frankınadək (80 ABŞ$-800 ABŞ$) cərimə edilə bilər. Eritreya. Burada poliqamiya 1977-ci ildən etibarən qanunsuzdur. 2015-ci ildən etibarən 6 aydan 12 ayadək müddətə azadlıqdan məhrumetmə və ya 20,001 – 50,000 nafka həcmində cərimə ilə cəzalandırılır. Efiopiya Seyşel adaları Tunis. Burada 1956-cı ildən qadağandır.Tunisian women free to marry non-Muslims , BBC, 16 Sept 2017

Adət hüququna əsasən Botsvana Lesoto Liberiya Malavi Namibiya Niger Nigeriya (yalnız bəzi əyalətlərdə). Bütün şimali şəriət əyalətlərində tanınır. Syerra-LeoneCEDAW (2007), Responses to the List of Issues And Questions with Regard to the Consideration of the Combined Initial, Second, Third, Fourth and Fifth Periodic Reports: Sierra Leone, CEDAW/C/SLE/Q/5/Add. 1, CEDAW, New York, NY, p. 17. Cənubi Afrika Respublikası: Adət hüququ üzrə tanınır, Adət nikahlarının tanınması haqqında Akta əsasən, mülki məqsədlər üçün tanınır. Zimbabve

De yure qanunsuz olsa da, tətbiq olunur Anqola Burkina Faso Burundi Kabo-Verde Konqo Demokratik Respublikası Ekvatorial Qvineya Qana Qvineya-Bisau Madaqaskar Mavriki Mayotta (Fransa ərazisi) (kriminallaşdırılmayıb): 2009-cu ilin martında Fransa tərəfindən keçirilən, adanı Fransa qanunlarını tətbiq etməyə məcbur edən referendumun nəticələrinə görə de fakto qanunsuz hesab olunmuşdur. Bununla belə, əvvəllər bağlanmış müsəlman nikahları hələ də etibarlıdır. Mozambik Ruanda

Amerika Antiqua və Barbuda Argentina Baham adaları Barbados Beliz Boliviya Braziliya: İkiarvadlılıq qanunsuzdur, lakin praktikada bu dekriminallaşdırılıb; bu isə kəbinsizliyin sayı ilə bağlı yeni xəbərlərin ortaya çıxmasına səbəb oldu. Kanada: Cinayət Məcəlləsinin 293-cü maddəsinə görə, poliqamiyanın bütün formaları, eləcə də bəzi qeyri-rəsmi cinsi əlaqələr qanunsuzdur. İkiarvadlılıq 290-cı maddə ilə qadağan edilib. Bununla belə, uzun müddətdir ki, poliqamiyanı qadağan edən qanun effektiv deyil. 2009-cu ilin yanvar ayına olan məlumata görə, son altmış ildə heç kəsin bu maddə üzrə mühakiməsi "uğurlu" alınmamışdır. 2009-cu ildə Britaniya Kolumbiyasının Bauntiful qəsəbəsində iki poliqamiya işi üzrə bəraət hökmü çıxarıldıqdan sonra Britaniya Kolumbiyası hökuməti Britaniya Kolumbiyası Ali Məhkəməsinə sorğu göndərmişdi. Sorğuda poliqamiyanın cinayət hesab edilməsinin Hüquq və azadlıqlar haqqında Kanada Xartiyasına uyğun olub-olmadığı və hansı şərtlər altında insanların poliqamiyaya görə cəzalandırıla biləcəyi soruşulurdu. 2011-ci ilin noyabrında məhkəmə özünün 335 səhifə həcmində qərarını dərc etdirmişdi. Həmin qərara görə, poliqamiyanın cinayət hesab edilməsi əslində konstitusionaldır, lakin bundan poliqam nikahlarda iştirak edən azyaşlıları təqib etmək üçün istifadə edilməməlidir. Sədrlik edən hakim Robert Bauman bu qanunla bəzi mülki hüquq prinsipləri arasında ziddiyyətin olduğunu qəbul etmək məcburiyyətində qalmışdı, lakin qeyd eləmişdi ki, bu vəziyyətdə digər və "daha vacib" məsələlər var. O yazırdı (CBC News'un qeyd etdiyinə görə): "Mən belə nəticəyə gəlirəm ki, bu məhkəmə işi əsasən zərərlə bağlıdır. Daha dəqiq desək, Parlamentin zərərlə bağlı əsaslı qorxusu poliqamiya praktikasından irəli gəlir. Bura qadınlara, uşaqlara, cəmiyyətə və monoqam nikah institutuna dəyən zərər daxildir." Bauman iddia edirdi ki, elə işlər var ki, orada "qadınlar" (olduqca gənc, hətta bəzən yaşı 12-dən az olanlar) qaçırılır və sui-istifadə edilirlər, lakin onlar poliqamiyanı təşviq edən inanca inandıqlarına görə, səlahiyyətli şəxslərə şikayətlərini bildirmək istəmirlər. O, belə fikir yürüdürdü ki, bu pozuntular poliqamiya əleyhinə qanunvericiliklə bəzən dayandırıla bilər. Qərar Britaniya Kolumbiyasının Baş Prokuroru və Kanadada "Poliqamiyanı Dayandır" qrupunun nümayəndəsi tərəfindən xoş qarşılanmışdı. Həmçinin, CBC News'a görə Bauman, öz münasibətlərini rəsmiləşdirmədikləri halda qanunun poliamoriya qruplarına tətbiq olunmayacağını qeyd etdikdən sonra Kanadadakı bəzi poliamoriya qrupları rahat olduqlarını ifadə etmişdilər. Qadın hüquqları qərarın əsas məğzini təşkil edirdi. Çili Kolumbiya Kosta Rika Kuba Dominika Dominikan Respublikası Ekvador Salvador Qrenada Qvatemala Qayana Haiti Honduras Yamayka Meksika Nikaraqua Panama Paraqvay Peru Sent-Kits və Nevis Sent-Lüsiya Sent-Vinsent və Qrenadin Surinam Trinidad və Tobaqo thumb|250px|right|ABŞ-da ikiarvadlılıq ABŞ: Poliqamiya federal səviyyədə olmasa da, 50 ştatın hamısında qanunsuzdur. 1847-ci ildən 1857-ci ilədək indiki Yuta ştatının ərazisində əksər Mormonlar poliqamiyanı tətbiq edirdilər, hansı ki ABŞ-nin qalan ərazisində geniş şəkildə qadağan olunurdu. ABŞ federal hökuməti İsa Məsihin Müqəddəs son günləri Kilsəsini təhdid etmiş və İkiarvadlılıq əleyhinə Morril Aktı kimi Konqres Aktlarının məcburi icra edilməsi ilə poliqamiyanı qanunsuz elan etmişdi. Kilsə bu praktikanı 1890-cı ildə 1890 Manifestosu adlı sənədlə rəsmi olaraq qadağan etmişdir. Həmin kilsədən İsa Məsihin Müqəddəs son günləri Fundamentalist Kilsəsi və Birləşmiş Apostol Qardaşları kimi bəzi xırda qruplar hələ də poliqamiyanı tətbiq edirlər. Və bu reallıqlar barədə biliklər Böyük sevgi televiziya dramı və Sister Wives kimi realiti şoular vasitəsilə artmışdır. Amerika müsəlmanları arasında təxminən 50,000-100,000 arası əhalinin az bir qismi qeyri-rəsmi poliqam münasibətin olduğu ailələrdə yaşayır. Uruqvay Venesuela

Asiya Çin: Poliqamiya 1980-ci ildə qəbul edilmiş Nikah Qanununa əsasən qanunsuzdur. Bu, 1950-ci ildəki oxşar qadağanı əvəz etmişdir. Honkonqda 1971-ci il Nikah Aktının qəbul edilməsi ilə poliqamiya sona çatmışdır. Yaponiya Qırğızıstan Monqolustan Myanma Şimali Koreya Cənubi Koreya Tayvan: Poliqamiya 1930-cu ildən qanunsuzdur. Tacikistan Türkiyə: Atatürkün sekulyarist islahatlarının tərkib hissəsi kimi 1926-cı il Türkiyə Mülki Məcəlləsinin qəbul edilməsi ilə poliqamiya kriminallaşdırılmışdır. Poliqamiyaya görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilir."Polygamy Fosters Culture Clashes (and Regrets) in Turkey" , New York Times, 10 July 2006 Türkiyə uzun müddət sekulyarizmin təbliğinə görə tanınmış"Turkey's secularism 'threatened'" , BBCAlev Çinar, "Modernity, Islam, and Secularism in Turkey" və poliqamiyaya qarşı ciddi bariyerlər qoymuşdur. Eyni siyasət İslamçı Ədalət və İnkişaf Partiyası tərəfindən də davam etdirilmişdir. 2009-cu ilin martında poliqamistlərin Türkiyəyə daxil olması və yaşamasına icazə verilməmişdir."Polygamy in Turkey" , Polygamy 411, May 2009 Türkmənistan Özbəkistan Vyetnam

Adət hüququna əsasən Fələstin

De yure qanunsuz olsa da, tətbiq olunur Kamboca İsrail: İsrailin cinayət hüququna əsasən poliqamiya qadağan olunarkən, xaricdə bağlanmış poliqam nikahlar tanınırdı. Eləcə də, müvafiq olaraq Yəhudi qanunları və İslam qanunlarına uyğun bağlandığı təqdirdə yəhudilər və müsəlmanların poliqam nikahları etibarlıdır. Qazaxıstan Laos Nepal: Bir ildən üç ilədək azadlıqdan məhrumetmə və 25,000 Rs-dək cərimə ilə cəzalandırılır. Bununla belə, ikinci nikah qadağan olunmayıb və cəza tam icra olunduqdan sonra ikinci arvad birinci ilə eyni vəziyyətdə olur. Hətta pensiyaya çıxmış hökumət işçisinin ölümündən sonra onun arvadına ödənilən pensiya qadınlar arasında bölünür. Rusiya: Hazırkı Rusiya Cinayət Məcəlləsi və Rusiya İnzibati Xətalar Məcəlləsinə görə faktiki poliqamiya cəzalandırılmır. Lakin iki və daha çox şəxslə bağlanmış nikah Rusiyanın səlahiyyətli orqanları tərəfindən qeydiyyata alına və rəsmi tanına bilməz. Poliqamiya əsasən Çeçenistan, İnquşetiya və Dağıstan kimi müsəlman dövlətlərində mövcuddur. TailandChintana Yossoonthorn, Women in Thailand, Proceedings of the Peace Corps Conference on Women and Development Bangkok, 1979, p. 11. Şərqi Timor

Avropa

Albaniya Andorra Ermənistan Avstriya Azərbaycan Belarusiya Belçika Bosniya və Herseqovina Bolqarıstan: Qanunsuzdur və üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Xorvatiya Kipr Çexiya Danimarka Estoniya Finlandiya: Rəsmi prokuror iki və daha çox şəxslə nikahda olan şəxslərin işlərini məhkəməyə göndərməlidir və məhkəmənin qərarından sonra belə münasibətə son verilməlidir. Xaricdə bağlanmış poliqam nikahlar xüsusi hallarda tanına bilər, məsələn, övladlığa götürmə zamanı. Fransa Gürcüstan Almaniya: Qanunsuzdur, cərimə və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yunanıstan Macarıstan İslandiya İrlandiya: İrlandiya Katolik Kilsəsi kilsədə yenidən evlənməyə nikahın mülki qaydada deyil, kilsə tərəfindən etibarsız hesab edildiyi hallarda icazə verirdi; belə nikah qanunla etibarsız və ikiarvadlılıq hesab olunurdu, lakin cinayət təqibi həyata keçirilmirdi. Bu praktika 1996-cı il boşanma qanunvericiliyi ilə başa çatdı. 2017-ci ildə İrlandiya Ali Məhkəməsi qeyd etmişdir ki, əgər kimsə xaricdə iki qanuni nikaha daxil olmuşdursa, yalnız birincisi İrlandiyada qanuni hesab olunacaq. Lakin bu heç də həmişə o demək deyil ki, ikinci nikahın İrlandiyada heç vaxt hüquqi nəticələri olmayacaq. İtaliya Kosovo Latviya Lİxtenşteyn Litva Lüksemburq Makedoniya Malta Moldova Monako Monteneqro Niderland: İkidən çox şəxs arasında nikah qadağan edilib. Poliqamiyanın qanuni olduğu dövlətdən gələn immiqrantların nikahı Niderlandda tanınır. Norveç Polşa Portuqaliya Rumıniya: İkiarvadlılıq iki ilədək azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılır. Bilərək evli şəxslə evlənmək 1 ilədək azadlıqdan məhrumetmə və ya cərimə ilə cəzalandırılır. Rusiya Federasiyası San Marino Serbiya Slovakiya Sloveniya İspaniya İsveç: İsveç xaricdə bağlanmış poliqam nikahları tanıyır və bütün həyat yoldaşlarını əhalinin qeydə alınması zamanı evli kimi qeydiyyata alır, lakin digər həyat yoldaşları birinci ilə müqayisədə heç də hər bir halda tanına bilmir. Yaşayışa icazə verilməsi və sosial müdafiə məsələlərində yalnız birinci həyat yoldaşı tanınır.Svenska Dagbladet: Månggifte godkänns – ibland (accessed 15 January 2016) A Swede may have four spouses registered at most.Həmin şəxslərin İsveçdə ən çox dörd həyat yoldaşı qeydə alına bilər. Aftonbladet: Jodå – månggifte ÄR tillåtet i Sverige (accessed 15 January 2016) İsveşrə: Poliqamiya qanunla qadağandır. Lakin başqa ölkədə bağlanmış poliqam nikah şəraitdən asılı olaraq qəbul edilə və ya imtina edilə bilər. Ukrayna