Vüsal Zakir oğlu Nəsirli — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Haqqında Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2000-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib. 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə, 2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsinin direktor müavini, 2013–2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.
Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
İstinadlar
Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri