Mirzə Abdulla Fəraxani (tam adı: Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani, ; 12 oktyabr 1843, Şiraz, Qacarlar dövləti – 18 mart 1918, Tehran, Qacarlar dövləti) — İran tarzəni, sətarçalanı, Radif musiqi sənətinin qurucularından biri (digəri Mirzə Hüseynqulu Fəraxani). O, eləcə də XX əsr İran setarçalanı Əhməd İbadinin atası olmuşdur.

Bioqrafiya Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani 12 oktyabr 1843-cü ildə Şirazda anadan olmuşdur. Mirzə Abdulla qardaşı Mirzə Hüseynqulu ilə birlikdə Radif musiqi sənətinin baniləri olublar. Mirzə Abdullanın həyatı və fəaliyyəti haqda çox az məlumat mövcuddur. Mənbələrə görə, Mirzə Abdullanın atası Ağa Əli Əkbər Fəraxani Məhəmməd Şah Qacarın və Nəsrəddin Şahın hakimiyyəti dövrlərində saray musiqiçi olmuşdur.

Mirzə Abdullanın atası hələ o uşaq ikən vəfat etmişdir. Buna görə onu və qardaşını Əli Əkbərin qardaşıoğlu və tələbəsi Ağa Qulamhüseyn öz himayəsinə almışdır. Mirzə Abdullaha tar və sətar çalmağı böyük qardaşı Mirzə Hüseynqulu öyrətmişdir.

Mirzə Abdulla Tehranda bir musiqi məktəbi açmış, çoxlu şagirdə dərs keçmişdir. Onun dörd oğlu olmuşdur. Onlar Mulud, Məlik, Cavad və Əhməd idi.

İstinadlar

Kateqoriya:Şirazda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Tehranda dəfn olunanlar Kateqoriya:İran bəstəkarları Kateqoriya:Tarzənlər Kateqoriya:Kamança ifaçıları Kateqoriya:Bəhailər Kateqoriya:İran musiqiçiləri