Fərruxnamə () — Nəsuh Nəvali tərəfindən XVI əsrdə ərəb dilindən Osmanlı türkcəsinə tərcümə olunan siyasətnamə.
Aristotelin ərəb dilinə tərcümə edilən (Kitabü’r-riyasəti və 's-siyasi) İskəndər retorikası () adlı əsərinin Osmanlı türkcəsinə tərcüməsidir.
16 fəsildən və bir əlavədən ibarət olan əsərin 264 səhifəsi var. Əsərdə tez-tez atalar sözlərindən, ifadələrdən istifadə edilib. Proloq və əlavə hissələrində Makedoniyalı İsgəndər barədə məlumat verilib. Digər fəsillərdə müxtəlif ərdəmlərdən bəhs olunub.
Əsər nəsihət verici bir üslubda yazılmışdır. Yazılış tərzi bəzəkli və ağırdır. Ərəb və fars sözlərində çox istifadə edilib. Əsərdə 205 adət deyimi, 10 atalar sözü var.
İstinadlar
Kateqoriya:Fəlsəfi əsərlər Kateqoriya:Siyasi ədəbiyyat