Emmanuel Svedenborq (; ) — İsveç alimi, xristian mistiki, teosofСведенборг Эммануил // Новейший философский словарь: 3-е изд., исправл. — Мн.: Книжный Дом. 2003.— 1280 с — (Мир энциклопедий)., ixtiraçı.

Həyatı Emmanuel Svedenborq 1688-ci ildə Stokholmda anadan olmuşdur. O, təbiət elmləri üzrə yazdığı külli miqdarda məqalələr sayəsində məşhur idi. Anatomiya, fiziologiya, psixologiya sahəsində yazdığı əsərlərlə öz müasirləri arasında nüfuz qazanmışdır. Ömrünün sonlarında o, mənəvi böhran keçirmiş, axirət dünyasının müqəddəs varlıqları ilə əlaqəyə girməsindən danışmışdır.

Onun son əsəri ölümdən sonrakı həyat barədə canlı təsvirlər verir. Onun şəxsi təcrübəsinin təsvirinin müasir kiliniki ölüm halı keçirmişlərin sübutları ilə üst-üstə düşməsi daha bir qəribə mümunədir. Svedenborq qan dövranı və nəfəs alma dayandıqda özünün hansı hissləri keçirdiyini təsvir edir:

Svedenborq təsdiq edir ki, o, ölümün ilk mərhələlərindən keçmiş və özünü bədəndən xaricdə hiss etmişdir:

İnsan ölür, amma o, bunu hələ başa düşmür,çünki o, hələ “bədənə” sahib olduğunu görür. Ancaq indiki bədənin imkanları fiziki bədənin imkanlarından fərqlənir.

Eyni zamanda, ruhi vəziyyət fiziki vəziyyətlə müqayisədə daha az məhduddur. Qavrama, təfəkkür, yaddaşa daha kamildir. Vaxt və məkan artıq fiziki həyatdakı kimi məhdudlaşdırıcı səbəb deyildir.

Ölən adam fiziki həyatı boyu tanıdığı adamların ruhları ilə qarşılaşır. Onlar axirət dünyasına keçməkdə ona kömək etmək üçün gəlmişlər.

Onun keçmiş həyatını olduğu kimi gözləri önündə canlandıra bilərlər. Bu zaman o, keçmiş həyatının hər bir təfərrüatını xatırlayır. Bu anda heç nə gizlədilmir, inkar edilmir:

Svedenborq həmçinin gələcəyə nüfuz edən, bütün insanı nurlandıran ,ifadəolunmaz parlaq “Allah işığını” təsvir edir. Bu həqiqət və tam anlaşma işığıdır.

İstinadlar

Xarici keçidlər Möhsünov Aydın. Emmanuel Svedenborq //kayzen.az

Kateqoriya:İsveç alimləri Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:Mediumlar Kateqoriya:Elm filosofları Kateqoriya:Metafiziklər Kateqoriya:Din tarixi Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:Xristian filosoflar Kateqoriya:Mineraloqlar Kateqoriya:Təhsil filosofları Kateqoriya:Maarifçilər Kateqoriya:Təfəkkür filosofları Kateqoriya:Maarifçilik dövrü Kateqoriya:Sosial filosoflar