Yurrien David Norman Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusu.
Klub karyerası
Yonq Ayaks Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Kvinten ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Yurrien atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 2 noyabr 2018-ci ildə Kambuur klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.
Şəxsi həyatı Yurrien Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Karyera statistikası
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolYonq Ayaks2018–19Eerste Diviziya1000000010Ümumi karyera1000000010 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Uğurları
Milli komanda «Niderland U-17» UEFA Avropa U-17 Çempionatı — 2018
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Niderland futbolçuları Kateqoriya:Yonq Ayaks futbolçuları Kateqoriya:2022 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Erediviziya futbolçuları Kateqoriya:Niderlandın kişi futbolçuları Kateqoriya:Arsenal FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Niderland futbolçuları Kateqoriya:Niderland Birinci Diviziyası futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Niderland milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:Niderlandlı legioner kişi futbolçular