300px|thumb|Lhotzenin cənub divarı 257x257px|thumb|Lhotze Şar, Orta Lhotzenin sol yuxarı küncündə pik Lhotze, Lhodze, Lhose (, ) (8516 m) — Himalayda dağ. Səkkizminliklər siyahısında dördüncü hündür zirvə. Lhotze Çin (Tibet Muxtar Vilayəti) və Nepalın sərhhədində yerləşir. Dağ Mahalanqur-Himal (Nepal) silsiləsinə və Saqarmatha Milli parkının (Nepal) ərazisinə aiddir.

Coğrafiyası Lhotze dağı Mahalanqur-Qimal silsiləsində, Nepal və Çinin sərhəddində yerləşir. Lhotze Everestdən 3 km cənubdadır və onları Cənub Aşırımı (7906 m) ayırır. Cənub aşırımından əsas zirvəyə qədər olan hündürlük 610 metrdir.

Lhotze üç uclu piramida formasında olub cənub, şərq və qərb (bəzən şimal-qərb) divarlarına bölünür. Əsas Lhotze (8515 m) zirvəsi ilə yanaşı şərq hissədə əlavə iki zirvə: hündürlüyü 8000 metrdən yüksək olan, müstəqil və alpinistlər üçün daha cəlbedici olan Orta Lhotze (8414 m) və Lhotze-Şar (8383 m) ayrılmışdır. 2001-ci ilə qədər Orta Lhotze hündürlüyü 8000 metrdən yüksək fəth olunmayan dağ kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.Захаров П.П., Мартынов А.И., Жемчужников Ю. А. Альпинизм. Энциклопедический словарь.. — Москва: ТВТ Дивизион, 2006. — С. 70. — 744 с. — ISBN 5-98724-030-1.

Fətf olunma tarixi Əsas Lhotze zirvəsini 18 may 1956-cı ildə isveçrəli alpinistlər Frits Luçsinger və Ernest Rayss fəth etmişdir. Onlar 1956-cı ildə Everestə təşkil olunmuş İsveçrə ekspedisiyasının () tərkibində olmuş və zirvəyə Qərb divarı üzrə dırmaşmışlar (klassik marşrut). Lhotze-Şar zirvəsinə isə 12 may 1970-ci ildə avstriyalı Zepp Meyerel və Valter Rolf qalxmışdır.

Uzun sürən cəhtlərdən sonra 23 may 2001-ci ildə Orta Lhotze zirvəsi də fəth edildi. V. Kozlov və N. Çernovoun rəhbərlik etdiyi Rusiya ekspdisiyanın üzvləri olan Yevgeni Vinoqradski, Sergey Timofeyev, Aleksey Bolotov və Pyotr Kuznesov ilk dəfə olaraq zirvəyə dırmaşmışlar. Y. Vinoqradski və S. Timofeyev massivin hər üç zirvəsini fəth etmiş yeganə alpinist kimi tarixə düşdülər.

Marşrutlar və önəmli naliyyətlər 2016-cı ilə qədər Lhotzeyə digər səkkizminliklərlə müqayisədə ən az: Əsas Lhotzeyə üç, Lhotze-Şara iki, Orta Lhotzeyə bir marşrut mövcud idi.

31 dekabr 1988-ci ildə ilk dəfə və hələ ki yeganə qış dırmanışı baş tutdu. Klassik marşrutla polşalı alpinist Kşiştof Velikiy bunu bacarmışdır.

1990-cı ilin oktyabrında A. Şevçenkonun rəhbərlik etdiyi sovet ekspedisiyası Lhotze zirvəsinə yeni marşrut üzrə, Cənub divarı üzrə dırmaşmağa qərar verdi. Tanınmış alpinist Raynhold Messner bu yeri "XXI əsrin divarı" adlandırmış. Göstərilən marşrut üzrə Sergey Berşov və Vladimir Karatayev zirvəyə yetişmişlər.

22 may 2019-cu ildə ilk azərbaycanli İsrafil Aşurlı Lhotze zirvəsinə klassik marşrutla qalxıb və zirvədə Azərbaycan Respulikasının bayrağını qaldırdı.

Ədəbiyyat Шибаев Сергей. Стена (документальная повесть о покорении южной стены Лхоцзе), 1999 Туруева И. "Русская вертикаль" (о первовосхождении в 2001 году на Лхоцзе Среднюю), 2007 Бершов С. И. Южная стена Лходзе. Снег: 2012 г. (о первопрохождении 1990 г.)

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Himalay Kateqoriya:Çin dağları Kateqoriya:Everest yaxınlığında yerləşənlər Kateqoriya:Nepal dağları Kateqoriya:Çin–Nepal sərhədi