() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şimali Amerikada yayılmışdır.

Botaniki xarakteristikası Çətirli, enli, hündürlüyü 20 m olan, yumru ağacdır.Yarpaqları adi yasəmən yarpağına bənzəyir, lakin ondan böyükdür, üst tərəfi açıq-yaşıl, altı tüklü olub, iridir.Enli yumurtavari və ya ürəkşəkilli yarpaqları 10-20 sm uzunluğunda. 10-15 sm enindədir. Çiçəkləri ağ rəngli, 3sm enində, az ətirli, qırmızı-qəhvəyi, qonur xallarla örütülü olub, çoxçiçəkli süpürgə çiçək qrupunda yerləşir. İyun-iyul aylarında çiçəkləyir. İkicinslidir, kasacığı ikiyə bölünmüşdür, dişiciyi 1, erkəkcikləri 5 ədəd olub, yalnız ikisində tozcuq əmələ gəlir.Meyvələrin uzunluğu 15-20 sm, qalınlığı 6-8 mm olan uzun qutucuqlardır, toxumları qanadlıdır.

Ekologiyası Qışadavamlı, isti, rütubət və işıqsevəndir. Torpağa tələbkar deyil. Şəhər şəraitinə dözür. Küləyə davamlı deyil.

Azərbaycanda yayılması Abşeronda, Naxçıvanda və Cənub bölgəsində mədəni halda rast gəlinir.

İstifadəsi Çətiri və yarpaqları dekorativdir.Azərbaycanda park və xiyabanlarda, küçələrin yaşıllaşdırılmasında geniş istifadə olunur. Gözəl katalpa, hibrid katalpa, yumurtavari katalpa növlərinə də təsadüf edilir.Tək ağac kimi alleyalarda, qrup halında massivlərdə istifadə edilir.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Statusu qeyri-müəyyən olan növlər