() — aləminin tipinin sinfinə aid protozoy dəstəsi.
Haqqında Bu dəstənin nümayəndələrində həm qamçılıların, həm də sarkodinlərin əlamətləri vardır. Buna görə də kökqamçılılar bu iki sinif arasında keçid formalar hesab olunurlar. Kökqamçılılarda nüvə ilə nazik tellərlə birləşən bir və ya bir neçə qamçı olur. Eyni zamanda qamçılarla bərabər yalançı ayaqlar əmələ gətirmək qabiliyyətinə malikdirlər. Kökqamçılılar qamçılarını itirmədən amöbvari hərəkət edirlər. Adətən birnüvəli olurlar. Bakteriyalar, yosunlar və ibtidai orqanizmlərlə qidalanırlar. Kökqamçılılar yalnız qeyri-cinsi yolla bölünməklə çoxalırlar. Şirin sularda Mastigamoeba aspera, Actinomonas mirabilis və.s növləri daha geniş yayılmışdır.B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, 568 səh.
İstinadlar
Həmçinin bax