Lillianit — mineral, Pb3Bi2S6. Ag, Sb, Se qatışıqları olur.

Haqqında Lillianit - rombik. Kritalları prizmatik. Ayrılması {100} üzrə mükəmməl, {010} üzrə orta. Aqreqatı dənəvər və radial-lifli. Rəngi poladı-boz. Cizgisi qara. Parıltısı metallik. Sərtliyi 2-3. Xüsusi çəkisi 7,2. Yüksək temperaturlu hidrotermal yataqlarda qalenit, kozalit ilə birlikdə.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Sulfosollar (minerallar) Kateqoriya:Bismutun mineralları Kateqoriya:Qurğuşunun mineralları Kateqoriya:Rombik sinqoniya mineralları