Yuxarı Sona () — Fransanın cənubunda yerləşən Burqundiya - Franş-Konte regionun departamentlərindən biri. Sıra nömrəsi — 70. İnzibati mərkəzi — Vezul. Əhalisi — 247 311 nəfər (departamentlər arasında 82-ci yer, 2010-cu ilin məlumatları).

Coğrafiyası Ərazisi — 5360 km². Departamentin ərazisində Sona və Onyon çayları axır, ərazinin üçdən bir hissəsi əsasən meşəlikdir.

Tarixi 1790-cı ilin mart ayında Böyük Fransız İnqilabı zamanı formalaşmış ilk 83 departamentdən biridir. Keçmiş Franş-Konte əyalətinin ərazisində yerləşir. Adı Sona çayından gəlir.

Qalereya

İstinadlar

Xarici keçidlər Préfecture de la Haute-Saône Conseil général de la Haute-Saône

Kateqoriya:Fransa departamentləri