Anar Ələsgər oğlu Qədirli () — jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, "Strateji Kommunikasiyalar Mərkəzi" ictimai birliyinin rəhbəri.

Həyatı və təhsili 14 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. 1974–1985-ci illərdə Bakı şəhərində Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil almışdır. 1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və universiteti fərqlənmə ilə bitirmişdir. 1991-ci ildə İTAR-TASS informasiya agentliyində təcrübə keçmişdir. 2004-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının (MARJ) üzvüdür.

Əmək fəaliyyəti 1992–1993-cü illərdə "Xəbər Servis" Müstəqil informasiya Agentliyinin baş redaktoru

1993–1995-ci illərdə "Los Angeles Times" qəzetinin regional müxbiriГость сайта — пресс-секретарь Министерства здравоохранения Азербайджанской Республики Анар Гадирли.

1993–1996-cı illərdə "ANS" teleradio şirkətində xəbərlər xidmətinin baş redaktoru

1996–1997-ci illərdə "Trend" jurnalında baş redaktorun müavini

1997–1998-ci illərdə Moskvada "Группа-Альянс" şirkətində PR üzrə konsultant

1999–2005-ci illərdə "Proqnoz" Müstəqil Sosioloji Araşdırmalar Mərkəzində direktor müavini

2006–2015-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri

2015–2017-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri.

Mükafatları Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli 305 saylı sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Səhiyyə Nazirinin 9 iyun 2008-ci il tarixli əmri ilə fəxri fərmanla təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər Müsahibə "Nazirə sual" rubrikası

Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan jurnalistləri