PCGamesN — onlayn videooyun jurnalı. Jurnalın ana şirkəti "Network N" 2012-ci ilin may ayının axırlarında Ceyms Binns tərəfindən təsis edilmişdir. Növbəti ay "PCGamesN" fəaliyyətə başlamışdır. Veb-saytın dizaynı ilk növbədə müstəqil franşizalar üçün hazırlanmış kanallara ev sahibliyi etmək və orijinal məzmun ilə qarışıq və istifadəçi tərəfindən yaradılmış məzmunu bir araya gətirmək üçün nəzərdə tutulmuşdu. Onlayn jurnalın fəaliyyətə başladığı ilk dövrlərdə redaktor heyətində keçmiş "PC Gamer" tənqidçisi Tim Edvards da var idi. "PCGamesN" onlayn jurnalına daha sonra on yeni kanal və iki yeni yazıçı əlavə edilmişdi. 2012-ci ilin avqust ayında jurnalın redaktor heyəti 7 nəfərdən ibarət idi. 2015-ci ildə onlayn jurnalın redaktor heyətinə "GamesMaster" və "Official PlayStation Magazine" jurnallarından olan mütəxəssislər qoşulmuşdur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Videooyun xəbər saytları Kateqoriya:2012-ci ildə yaranan saytlar Kateqoriya:Kiberidman saytları