Ule Qunnar Sulşer () — Norveçli keçmiş peşəkar futbolçu. Hal hazırda futbol məşqçisi. Karyerası ərzində hücumçu kimi çıxış edib.

Karyera İngiltərəyə gəlməzdən əvvəl Norveçin "Klausenengen" və "Molde" klublarında oynamışdır. 1996-cı ildə 1.5 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdur. "Körpə üzlü qatil" ləqəbi ilə tanınan futbolçu bu klubun heyətində 366 oyuna çıxmış və 126 qolla yadda qalmışdır. Sonradan oyuna daxil olaraq vurduğu qollara görə "super ehtiyat" ləqəbi ilə də tanınır. UEFA Çempionlar Liqasının 1998/99 mövsümünün finalında Almaniya təmsilçisi "Bayern Münhen"ə qarşı oyunda görüşün əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qol Sulşerin ən məşhur qolu olaraq yaddaşlarda qalmışdır. Məhz həmin qol sayəsində "Mançester Yunayted" tarixində ikinci dəfə bu turnirin qalibi olmuşdu.

Sulşer 2007-ci ildə dizindən aldığı zədə nəticəsində peşəkar futbolçu karyerasını bitirdiyini açıqlamışdır. Buna baxmayaraq, o, "Mançester Yunayted"də məşqçi kimi fəaliyyətini davam etdirmişdir. Sulşer 2008-ci ildə klubun ehtiyat komandasının baş məşqçisi təyin olunmuşdur. 2011-ci ildə öz ölkəsi Norveçə qayıdan Sulşer burada "Molde" klubunun baş məşqçisi kimi bu kluba tarixində ilk dəfə iki mövsüm ard-arda ölkə çempionluğu qazandırmışdır.

O, həmçinin öz doğma şəhəri olan Norveçin Kristiansunn şəhərində gənc futbolçular üçün məşq akademiyasına sahibdir və "Manchester United Supporters' Trust" adlı azarkeş təşkilatının başçısıdır.

Həmçinin bax Mançester Yunayted Norveç milli futbol komandası

İstinadlar

Xarici keçidlər

Sulşer Sulşer Sulşer Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Beşiktaş PFK məşqçiləri Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Mançester Yunayted FK məşqçiləri Kateqoriya:İngiltərə Premyer Liqası məşqçiləri Kateqoriya:UEFA Avro 2000 futbolçuları Kateqoriya:Norveç milli futbol komandasının oyunçuları Kateqoriya:UNICEF-in Xoşməramlı Səfirləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Molde FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası baş məşqçiləri