() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Azərbaycanda, İranda təbii halda yayılmışdır.
Botaniki xarakteristikası Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir. Meyvələri bənövşəyi-qara, şarşəkillidir. Nadir relikt növdür.
Ekologiyası Orta dağlıq qurşağa qədər olan sahələrdə çay sahillərinda və dərələr boyunca, enliyarpaqlı meşələrdə, açıqlıq sahələrdə, meşə çətri altında bitir. İstisevən, torpağa tələbkər növdür.
Azərbaycanda yayılması Qusar (Samur çayı vadisi, Yuxarı Qələnxur kəndi yaxınlığında), Lənkəran (Ələzəpin, Aşağı və Yuxarı Apu kəndləri), Lerik (Siov kəndi) rayonlarında tək-tək və ya kiçik qruplarla bitir.
İstifadəsi Yaşıllaşdırmada tək və qrup əkinlərində canlı çəprlərin salınmasında istifadəsi məqsədyönlüdür.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax