Bəhram Xudaverdi oğlu Rəcəbzadə () — "Altın Kurt" ləqəbli peşəkar Azərbaycan kikboksçusu. Kikboksinq üzrə 3 qat İran və 8 qat super liqa (İran və Türkiyə) çempionu, 3 qat Azərbaycan çempionu, 2009-cu ildə Antalyada keçirilmiş WOF açıq Avropa və 2011-ci il WOF ağır çəkidə (91+) dünya çempionu, Asiya çempionu, Avropa 2-cisi, WKF-nın dünya kəməri sahibi, 2013-cü ildə Afinada keçirilmiş WPKA dünya versiya üzrə dünya kəmərinin sahibi, əməkdar məşqçi. 2019-dan "Glory" kikboksinq ilə müqaviləlidir.
Həyatı və kariyerası Bəhram Rəcəbzadə 1991-ci ildə İran islam Respublikasının Qərbi Azərbaycan ostanının Urmiya şəhərində anadan olub. 7 yaşından etibarən idmanla məşğul olmağa başlayıb. Ilk nailiyyəti 10 yaşında olub. Kikboksinq üzrə 3 qat İran çempionu və 8 qat super liqa çempionudur. O, 2009-cu il WOF açıq Avropa, 2011-ci il WOF dünya çempionudur. WKF-nın dünya kəməri sahibidir. 2013-cü ildə WPKA dünya (Afina), 2016-cı ildə isə kikboksinq üzrə Azərbaycan çempionu olmuşdur. 2015-ci ilin dekabrında Orion İdman Klubunun dəvəti ilə Azərbaycana dəvət olunub və hazırda Azərbaycanı təmsil edir. Profisional 58 döyüşdən 57 qələbəsi vardır. 2016-cı ildə ailə həyatı qurub, həyat yoldaşı da idmançıdır. Övladı yoxdur.
2019-cu ildə Rəcəbzadə GLORY ilə müqavilə imzalayıb. O, Glory 69: Düsseldorf oyununda Sergey Maslobojevə qarşı debüt etdi və yekdil qərarla döyüşü uduzdu.
2025-ci il oktyabd ayında Bəhram Rəcəbzadə peşəkar karyerasını başa vurub.
2025-ci ilin dekabr ayında GLORY təşkilatının peşəkar turniri çərçivəsində rinqə qayıtdığını elan etdi.
Nailiyyətlər
Üçqat İran kikboksinq çempionu Səkkizqat superliqa çempionu (İran və Türkiyə) 2009 Avropa çempionu WOF Open (Antalya) 2011 WOF ağır çəki üzrə dünya çempionu (91+) 2013 WPKA dünya çempionu (Afina) Azərbaycan kikboksinq çempionu (2016) Avropa kikboksinq çempionatının gümüş medalçısı. 2022 Dünya Oyunları çempionu V İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı
İstinadlar
Kateqoriya:Urmiyada doğulanlar Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İranın döyüş sənəti ustaları