Azər Baxşəliyev () — azərbaycanlı aktyor. O, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazları ilə tanınırdı.
Həyatı Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Aktyor Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazları ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışıb. Azərbaycan Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.
O, böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı. 2025-ci il yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ardınca mediada ölüm xəbərləri yayılıb. Daha sonra bu xəbər təkzib olunub və onun hazırda reanimasiyada olduğu, müalicələrinin davam etdiyi bildirilib. Daha sonra onun vəfat etdiyi müalicə olunduğu klinika tərəfindən mediaya təsdiqlənsə də, yeni məlumatlarda ürək fəaliyyətinin bərpa edildiyi, süni tənəffüs aparatına qoşulduğu və vəziyyətinin həddən artıq ağır kritik olduğu bildirilib. Yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 5-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Şəxsi həyatı Memar Nigar Seyid ilə evli idi və bir qız övladı var.
Sovet maşınlarının modellərini yığmaq onun hobbisi idi.
Filmoqrafiya Bozbash Pictures (2011–2017) 3 bacı (teleserial, 2012) Ay brilliant (film, 2015) Axırıncı yol (2016) Stalinin başı (2017) Palata 106 (film, 2016) Bir xalanın sirri (film, 2018) Zarafat Bir Yana (veriliş, 2023–2024)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan komediyaçıları Kateqoriya:Böyrək çatışmazlığından vəfat edənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları