Sibel Edmunds - Federal Təhqiqat Bürosunun azərbaycan əsilli keçmiş tərcüməçisi və ingilis dilli xəbər portalı olan "NewsBud"ın yaradıcısı və baş redaktoru.

Federal Təhqiqat Bürosunun iddiasına görə türk kökənli şəxslərə aid işləri ört-basdır etməyə, təhlükəsizlik məsələlərində səhlənkarlığa və kəşfiyyat problemləri kimi məsələlərə görə oradakı işdən qovulmuşdur.

Tərəfsiz araşdırmaçılıq və jurnalistlik etmək üçün yaradılan Boiling Frogs Post adlı onlayn media saytının yaradıcısı və redaktorudur.

1 mart 2012-ci ildə Classified Woman – The Sibel Edmonds Story adlı əsər yazmışdır.

Sibel Əfqanıstandakı korrupsiya problemlərinin araşdırılması ilə də məşğul olmuşdur.

Həyatı Atası azərbaycanlı (Cənubi Azərbaycandan), anası isə Türkiyə türküdür. Həyatının erkən dövrlərini İranda, daha sonra isə Türkiyədə yaşamışdır. Orta təhsilini bitirdikdən sonra ali təhsil almaq üçün ABŞ-yə getmişdir.

Təhsili Bakalavr təhsilini Corc Vaşınqton Universitetində cəza hüququ və psixologiya ixtisası üzrə tamamlamışdır. Magistr təhsilini Corc Mason Universitetində ictimai siyasət və beynəlxalq kommersiya ixtisası üzrə tamamlamışdır.

Azərbaycan, türk, fars və ingilis dillərini bilir.

Federal Təhqiqat Bürosu Sibel 2001-ci ilin sentyabr ayından 2002-ci ilin mart ayına qədər FTB üçün müqaviləli tərcüməçi kimi çalışmışdır. Onun əsas vəzifəsi türk diplomatlar və digər şəxslərlə olan danışıqları tərcümə etmək olmuşdur.

Sibel bir müddət sonra FTB-nin Peşəkar Məsuliyyət Ofisindən və ABŞ-nin Ədliyyə Nazirliyinin inspektorundan şikayıt etmişdir. Daha sonra FTB-nin ondan intiqam aldığını bildirmiş və 22 mart 2002-ci ildə işdən qovulmuşdur. 2002-ci ilin iyununda The Washington Post və Associated Press iddia etmişdir ki, FTB Sibeli onun işinin yaxşı olmadığına və təhlükəsizlik qaydalarını pozduğuna görə işdən qovmuşdur.

Əsərləri

Classified Woman - The Sibel Edmonds Story: A Memoir. (2012) The Lone Gladio (Volume 1) (2014) Həmçinin bax İstinadlar

Kateqoriya:İnformatorlar Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:ABŞ azərbaycanlıları Kateqoriya:Türkiyədən ABŞ-yə mühacirət edənlər Kateqoriya:ABŞ tərcüməçiləri Kateqoriya:ABŞ-nin qadın yazıçıları Kateqoriya:İran şəxsləri