Voronov burnu () — Rusiya, Arxangelsk vilayəti, Mezenski rayonuna daxildir. Ağ dənizə daxil olan Mezen körfəzi sahillərini yuyur. Abramovski ilə Zimniy sahillərinin kəsişməsindədir. Qum-gil materialından təşkil olunmuş dik və sıldırımlı yamaclara sahibdir. Burunun üzəri ot bitkiləri ilə örtülüdür. Düzən ərazilərdə isə kol bitkiləri bitir. Dənizə baxan hissə isə ot örtüyündən məhrumdur. Elədə mayilli olmayan çimərliklər sərt qumdan təşkil olumnmuşdur. Qabarma və çəkilmə zamanı su burunun 5-10 metr sahil ərazisini basır (bəzi ərazilərdə 100 m).

Buruna ən yaxın sərhəd gözətçi məntəqəsi Koyda kəndindən 20 km şərqdə yerləşir. Burundan 9 km cənubda Kedovski koşki adlı su altı daşlı-qumlu silsilə keçir. Voronov burnundan şimalda lövbər artmaq, balıq ovlamaq, sualtı və dibdərinləşdirilmə işlərinin qadağan edildiyi bir sahə vardır. Burundan 12 mil şimal-şərqdə Morjoves adası yerləşir.

İstinadlar

Mənbə СЕВЕРНАЯ ЧАСТЬ БЕЛОГО МОРЯ С МЕЗЕНСКИМ ЗАЛИВОМ

Xəritələr voronov burnu Wikimapia xəritəsində Voronov burnu. İctimmai Kadastr xəritəsi Topoqrafik xəritə Q-38 1 : 1 000 000 Topoqrafik xəritə Q-38-13_14

Kateqoriya:Arxangelsk vilayəti burunları Kateqoriya:Ağ dəniz burunları